Xərçəngdən qoruyan 20 qida

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 4 035
Səs ver:
(səs: 2)
Meyvə və tərəvəz istehlakının çox olması insanı müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ürək-damar, diabet və xərçəngdən qoruyur. Bu baxımdan vitamin, mineral, antioksidant və lif anbarı olan bu ərzaqların daha çox qəbul edilməsi orqanizmin qoruyucu təsirini daha da artırır.


1.ALMA: Tərkibində bol miqdarda kuarsetin var. Xərçəng müalicəsində, onun qarşısını almaqda, allergiya və ürək-damar xəstəliklərində faydalıdır. Gündə ən azı 2 alma yeyilməyi məsləhət görülür


2.NAR:Tərkibindəkı bəzi maddələr vasitəsilə xolesterol və şəkəri tənzimləyən nar ürək sağlamlığını da qoruyur. Buna görə də gündə 1 stəkan təzə sıxılmış nar suyu və ya 2-3 dənə nar yeyilməlidir.


3.QARA ÜZÜM:Son 10 il ərzindəki araşdırmalar quru üzümün xərçəngin qarşısını aldığını göstərir. Həmçinin ürək-damar xəstəliklərindən də qoruyur. Üzüm tumu və qabığıyla birlikdə gündə 1-2 salxım yeyilməlidir.


4.BÖYÜRTKƏN:Tərkibindəki "eliagic" turşu xərçəngli hüceyrələrin ölməsini təmin edir. Böyürtkən yarpaqları da çox faydalıdı və dəmlənib çay kimi içilə bilər.


5.QARAGİLƏ:İnsan bədənini xərçəngdən qoruyan fermentləri aktiv edərək həmin xəstəliyə tutulmağın qarşısını alır. Həmçinin qandakı xolesterolu azaldaraq infarktdan da qoruyur.


6.GİLAS:Tərkibində bol miqdarda "flavon" deyilən bir maddə var. Xərçəngin yaranmasına və onun irəliləməsinə mane olur. Xüsusilə döş, dəri, ağciyər və qaraciyər kimi xərçəng xəstəliklərində təsirlidi.


7.QARPIZ: "A" və "C" vitamini ilə zəngindi. Tərkibindəki faydalı maddələr bədəni xərçəngə qarşı qoruyub, toksik maddələrdən təmizləyir.


8.QIRMIZI TURP: Ağciyər xərçəng xəstəliyinə mane olur və döş xərçəngindən qoruyur. Mütəxəssislər bol miqdarda turp salatı yeməyi məsləhət görürlər.


9.QIRMIZI BİBƏR: "C" vitamini ilə zəngindi. "C" vitamini xərçəng hüceyrələrinin böyüməsinə mane olur və immuniteti zərərli maddələrdən qoruyur.


10.GÜL KƏLƏM (Brokoli): "C" vitamini, betakaroten, lif və kalsium ilə çox zengindi. Tərkibində xərçəngə qarşı qoruyucu maddələr var. Xüsusilə bağırsaq, sidik yolu və döş xərçənglərindən qoruyur. Həkimlər brokolini çiy, lakin həftədə 2 dənədən çox yeyilməməsini bildirirlər.


11.POMİDOR: Xüsusilə az bişmiş halda qəbul eilməsi prostat problemlərinin 40 faizini azaldır. Pomidordakı likopen ağciyər və döş xərçənglərinin inkişafına da mane olur.


12.SARIMSAQ: Xərçəngin yayılmasını dayandırır. Tərkibində selenyum, triptopan kimi xərçəng hüceyrələriylə mübarizə aparan maddələri var. Həm xərçəngə tutulmaqdan qoruyur, həm də xərçəng müalicəsi əsnasında istifadə edilir. Heyvanlar üzərində aparılan araşdırmalara görə sarımsaq mədə, döş, bağırsaq, yemək borusu, prostat və dəri xərçənglərində şişlərin meydana gəlməsinə və irəliləməsinə mane olur. Hər gün 2-3 diş çiy sarımsaq, 1-2 ovuc quru yemiş yeyilməlidir.


13.KÖK:Gündə 2 stəkan kök suyu içmək prostat xərçəngini 20 faiz azaldır. Kökün tərkibində betakaroten deyilən çox faydalı bir maddə var. Betakaroten maddəsi ağız, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu təsiri var.


14.ANANAS:Tərkibindəki "bromelain" maddəsi şiş hüceyrələrinin inkişafını birbaşa dayandırır. Xüsusilə ağciyər, bağırsaq, yumurtalıq və dəri xərçənglərində şişli hüceyrələrin böyüməsinə mane olur.


15.GÜNƏBAXAN TUMU: Sink və selenyum maddələri ilə zəngindir. Sink bədəndə "C" vitamininin sovrulmasını təmin edir və şəfalı təsirini sürətləndirər.


16.BALIQ: Omeqa 3-lə zəngin olan balıqları seçin. Həftədə 2 dəfə qızılbalıq, skumbriya, sardina və ay balığı kimi omeqa 3 yağ turşuları ilə zəngin olan balıqları yemək xərçəngdən qoruyar. Balıq döş xərçənginin yayılmasına, bağırsaq, mədəaltı vəzi və prostat xərçənglərinin böyüməsinə mane olur. Həmçinin infarktın da qarşısını alır.


17.QOZ: Tərkibində Omeqa 3 yağ turşuları olduğu üçün xərçəngdən qoruyur. Ürək-damar xəstəliklərinə də xeyirlidir. Gündə 1 ovuc qoz yeyilməlidir.


18.ÇÖRƏK OTU: İmmuniteti gücləndirmək üçün gündə 1 xörək qaşığı çörək otu yeyin. Çörək otu bədəndə mikrob və ya şişlə mübarizə aparan "təbii öldürücü" hüceyrələrinin artmasını təmin edir. Faydalı təsirlərini tez göstərməsi üçün çörək otunu üyüdüb toz şəklində qəbul edin.


19.FINDIQ: İnfarkta qarşı olan "E" vitamini ilə zəngin qidadır. Hər gün yeyilən bir ovuc fındıq xərçəngə qarşı qoruyucudur. Tərkibindəki yağlar sağlamlığa zərərli deyil. Pis xolesterolu salıb yaxşı xolesterolun səviyyəsini artıraraq ürək xəstəliyinin qarşısını alır.


20.ƏNCİR: Tərkibində bol miqdarda kalium, dəmir və kalsium var. Həzm sistemini yaxşılaşdırır. Müasir tibdə də xərçəngə qarşı qoruyucu olaraq təklif edilməkdədir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri