Xəstələnməmək üçün nə yemək lazımdır?

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3 941
Səs ver:
(səs: 2)
Soyuq fəsillərdə insanlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur.

Bəzi qidalar insanın infeksiyalara qarşı davamlılığını artırır, immuniteti möhkəmləndirir. Bu qidaları daha tez-tez qəbul edin.

- Sarımsaq insanın immun sistemini möhkəmləndirir, virus və bakteriyarlara mübarizə aparır.

- Bal universal vasitədir - orqanizmə ümumi möhkəmləndirici təsir edir.

- İtburnu immun sistemini möhkəmləndirir, virus və mikrobəleyhinə təsir edir.

- Balıq sinklə zəngindir. Sink isə immun sisteminin fəaliyyəti üçün çox vacibdir.

- Süd məhsulları (kefir, qatıq, yoqurt) bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bu isə immun sisteminin fəaliyyətini stimullaşdırır.

- Kök A vitamini ilə zəngindir. Bu vitamin orqanizmin infeksion xəstəliklərinə olan davamlılığını artırır.

- Bolqar bibəri də insanın immun sistemini möhkəmləndirən məhsullardan biridir.

- Kələmin istənilən növləri (ağ kələm, gül kələmi, brokkoli və s.) insanın immun sisteminin daha fəal şəkildə işləməsi üçün çox faydalıdır.

- Su selikli qişaların nəmliyini saxlayır. Bu olduqca vacibdir. Selikli qişalarımız orqanizmdə müdafiə funksiyanı yerinə yetirir. Ətraf mühitdən orqanizmə düşən bakteriyalar, mikroblar burada "ilişir" və məhv edilir. Lakin bunun üçün selikli qişalar nəm olmalıdır. Əks halda onlar öz müdafiə funksiyasını yerinə yetirə bilməyəcəklər. Gün ərzində maye (yaşıl çay, itburnu dəmləməsi, bal əlavə olunmuş ilıq su, quru meyvələrdən kompotlar və s.) qəbul etməyi unutmayın.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri