Niyə özünüzü daim ac hiss edirsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 853
Səs ver:
(səs: 1)
Niyə özünüzü daim ac hiss edirsiniz?

Vücudun ehtiyac duyduğu qida və enerjini ala bilməsi üçün insanlar hər gün yemək yeməlidir. Amma əgər doymaq bilmirsinizsə, tərs gedən nə ola bilər? Oxuyun:

Kifayət qədər su içmirsiniz
Aclıq susuzluqla qarışdırıla bilər və insanlar adətən bir şeylər yemək yerinə içməyə üstünlük verirlər. Əgər hələ yeni yemək yeyimisinizsə və hələ də özünüzü ac hiss edirsinizsə, biraz su için və gözləyin. Aclığınız susuzluğunuzla birlikdə yox olacaqdır. Nizamlı maye istehlak etmək sağlamlığınız üçün olduğu qədər, saxta aclıq böhranlarının qarşısını almaq üçün də yaxşıdır.
     
Kifayət qədər yatmırsınız
Yalnız oyaq qaldığınız müddət ərzində daha çox kalori yandırdığınız üçün deyil, eyni zamanda yuxusuzluğun iştaha xəbərdarlıq edən hormon istehsalını artırması üzündən də doymamış ola bilərsiniz. Araşdırmalara görə, yuxusuzluq gündə 300-500 kalori daha çox almağınıza səbəb ola bilir. Və bu da gələcəkdə problemlər yarada bilər.
     
Çoxlu sayda karbohidrat yeyirsiniz
Tortlar, kökələr kimi ağ unla edilən sadə karbohidratlı qidalar qan şəkərinizdə ani yüksəlişlərə və aclıq böhranlarına səbəb olur. Bu aclıq böhranlarını nəzarət altına almasanız. Üstəlik karbohidratların hamısı pis deyil: tam taxıllı çörək və makaronlar, fındıq və meyvələrə üstünlük verin.
     
Spirt istehlak edirsiniz
Çətin bir günün ardından rahatlamaq üçün bir şeylər içməyi sevirsiniz amma çox spirt istehlak etmək orqanizmdə susuzluğa səbəb olur. Və daha əvvəl qeyd etdiyimiz kimi, susuzluq aclıq ilə qarışdırıla bilir.
     
Aktiv bir proqramınız var
Gün ərzində kifayət qədər qidalanmış olsanız belə, aktiv bir proqramınız varsa, özünüzü ac hiss edə bilərsiniz. Əgər fiziki cəhətdən fəaliyyətdə olsanız, enerji təmin etmək üçün daha çox kaloriyə ehtiyac duymağınız təbiidir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 853
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri