Toyuq yeyib xərçəng ola bilərsiniz!

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 354
Səs ver:
(səs: 2)
Toyuq ətinin zəhərli təsiri təsdiqləndi.

ətin tərkibindəki zərərli maddə barədə ABŞ-ın Qida və Dərman Administrasiyası öz hesabatında da qeyd edib. Həmin məlumata görə, toyuq ətinin tərkibində olan mərgümüş xərçəngə səbəb olan ən təhlükəli maddələrdən biridir.

Hesabatda deyilir ki, həmin maddə broyler fabriklərdə böyüdülən toyuqlara verilən qidaların tərkibində olur. Bu, toyuğun daha az qidalanmasına baxmayaraq, daha tez böyüməsinə səbəb olur. Mərgümüşlə qidalanan toyuğun əti zəhərli hesab edilir. Orqanizmə həddən artıq mərgümüş daxil olduqda ölümlə nəticələnə bilir

Statistika göstərir ki, dünyanın istənilən ölkəsində marketlərdə satılan toyuqların, ən yaxşı halda 20 faizi təbiidir. 

ABŞ-ın Qida və Dərman Administrasiyası hind toyuğu üçün də eyni vəziyyət olduğunu bildirib. Administrasiyanın məlumatına görə, mərgümüş, əsasən, heyvanın qaraciyərində yığılır. Ona görə də toyuq əti yeyənlər, heç olmasa, onun daxili orqanlarını yeməkdən çəkinməlidirlər.

Mərgümüşün nə qədər təhlükəli olduğunu başa düşmək üçün Cənubi Karolina Universitetinin alimlərinin apardıqları araşdırmaların nəticələri ilə tanış olmaq kifayətdir. Çünki bu araşdırmalar mərgümüşün civədən 4 qat daha zəhərli olduğunu ortaya çıxarıb. Az miqdarda qəbul edilən mərgümüş belə xərçəngə səbəb ola bilər.

Mütəxəsislər marketdən toyuq alarkən aşağıdakı nüanslara diqqət etməyi məsləhət görürlər:
*Toyuğun əti həddən artıq çəhrayı rəngdədirsə, almayın.
* Toyuq ətinin yağları ağ‐sarı rəngdə olmalıdır. Toyuğun yağlı hissələri boz və solğun rəngdədirsə, onu almayın.
* İstehsal tarixi ilə son istifadə tarixi arasında 6 aydan çox vaxt olan əti almayın.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri