Qara düyünün bu faydalarından xəbərdarsınız?

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 946
Səs ver:
(səs: 3)
Qara düyü bir vaxtlar təkcə Çin hökmdarlarının süfrəsini bəzəyən qida olub. Hətta o qədər əlçatmaz hesab edilib ki, onu "yasaq düyü” adlandırıblar

Ancaq indiki dövrdə qara düyünü demək olar ki, bütün marketlərdə tapmaq olur.

Bəs onun adi düyüdən nə fərqi var?
Qara düyünün qida dəyəri yüksəkdir. Alimlər bildirirlər ki, 1 qaşıq qara düyü eyni miqdardakı böyürtkən və qarağatdan daha çox antioksidant ehtiva edir.

Antioksidantlar DNT-ni qoruyur, orqanizmdəki zərərli molekulları yox edir, bədənin yaşlanmasını gecikdirir. Qara düyü lif, maqnezium və E vitamini baxımından zəngindir.

Bu düyü sümüklər, əzələlər, sinir sistemi və ürək üçün çox faydalıdır. İmmuniteti qüvvətləndirir. Mütəmadi olaraq yedikdə qırışları azaldır.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri