Hipertoniya çox yayılmış xəstəlikdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada yaşayan
insanların 60%-i hipertoniyadan əziyyət çəkir.
Hipertoniyadan əziyyət çəkən insanlar müəyyən müalicə ilə yanaşı
həmçinin pəhriz saxlamalı, təzyiqin artmasına səbəb olan bəzi qidaları
və içkiləri qidalanmada minimuma çatdırmalıdır. Yalnız bu halda təzyiqi
normallaşdırmaq mümkün olacaq. Bəzən insanlar fikirləşir- təzyiqi salan
dərman içirəmsə, deməli istənilən qida qəbul edə bilərəm. Bu çox
təhlükəli yanılmadır. Bu halda hipertoniyanı kontrol etmək mümkün
olmayacaq, xəstəlik daha da inkişaf edəcək və müxtəlif ağır fəsadların
inkişafına səbəb olacaq. Hipertoniya zamanı pəhriz müalicənin ayrılmaz
tərkib hissəsidir.
Beləliklə, hansı qida və içkilər təzyiqin artmasına səbəb olur:
- duzlu, hisə verilmiş qidalar (balıq, ət və s.), müxtəlif şorabalar,
konservlər
- kolbasa, sosis
- yağlı ət, qara ciyər, balıq, balıq yağı, kürü
- ədviyyatlar (qırmızı və qara istiot, mixək, xardal, qıtığotu)
- yağlı kremlərlə tortlar, pirojnalar, dondurma
- bulkalar, piroqlar və s. mayalı xəmirdən hazırlanmış şirin un
məmulatları
- şirin qazlı içkilər (müxtəlif limonadlar, "kola", "fanta" və s.)
- şokolad
- göbələklər
- zeytun
- qəhvə, kakao, tünd qara və yaşıl çay
- yağlı xama, qaymaq, duzlu pendir
- qoz-fındıq
- spirtli içkilər.
Bəzi otların qəbulu təzyiqin qalxmasına səbəb ola bilər. Bu otlar
arasında - jenşen, eleuterokokk, dazı otu və s.
Təbii ki, əgər hipertoniyadan əziyyət çəkən insan həftədə 1 dəfə 1 tikə
pendir və ya 1 kiçik pirojna yeyərsə, bu onun sağlamlığına ciddi ziyan
vurmayacaq. Lakin qadağan olunmuş qidaların tez-tez qəbulu qəti surətdə
yolverilməzdir.
Sağlamlığınızı qoruyun!