Təhlükəli ərzaqlar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3458
Paylaş:
Səs ver:
(səs: 1)
Qeyri düzgün qidalanma bir başa ürək xəstəliklərinə, piylənməyə, mədə- bağırsaq traktının xəstəliklərinə aparıb çıxarır.
Yağlı qida çəkinin artmasına gətirib çıxarır. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba bitki mənşəli qida həzm sisteminin işini stimullaşdırır. Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək lazımdır ki, onun tərkibində bacardıqca çox çiy meyvə və tərəvəz olsun.

Zərərli ərzaqların siyahısı:

Çeynənən konfetlər, pastila, «meybonlar», «çupa-çupsı».

Onların tərkibində küllü miqdarda şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri və s. vardır.

Həm kartof, həm də qarğıdalı çipsiləri
Orqanizm üıün çox zərərlidirlər. Çipsilər rəngləyicilərin və dad əvəzedicilərinin qişasında karbohidratlarla yağların qarışığından başqa bir şey deyildir. Həmçinin kartofel-frinin yeyilməsi də yaxşı heç nə vəd etmir.

Şirin qazlı içkilər

Şəkərlərin, kimyəvi maddələrin və qazların qarışığıdır – bu isə orqanizmdə zərərli maddələrin tez yayılması üçündür. Məsələn Coca-cola içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir.Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrassiyası çox ziyanlıdır, belə ki, 1 stakan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz.

Şokolad batonları
Bu giqant miqdarda kalorinin kimyəvi əlavələr, genetik modifikassiyalaşmış məhsullar, rəngləyicilər və aromatizatorlarla birləşməsindən ibarətdir.

Sosislər və kolbasalar

Ətli delikateslər ən zərərli ərzaqlardan biri olaraq qalırlar. Onlar tərkibində gizli yağlar adlanan (donuz dərisi, salo, iç piyləri)və aromatizatorlar və dad əvəzediciləri ilə pərdələnən yağlara malikdirlər. Bir çox ət məhsulları istehsalçıları transgenlərdən istifadə edirdilər. Belə ki, kolbasaların, sardelkakarın,sosislərin 80%(!) transgen soyadan ibarətdir.

Yağlı ət
Damarlarda xolesterin yığıntılarının əmələ gəlməsinə səbəb olur ki, bu da orqanizmin qocalmasını sürətləndirir və ürək damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Mayonez
Mayonez çox kalorili ərzaqdır, bundan başqa onun tərkibində çoxlu miqdarda yağlar və karbohidratlar vardır, həmçinin rəngləyicilər, şirinlik verən maddələrə, qida əvəzedicilərinə və s. malikdir. Zərərli ərzaqlara yalnız mayonez yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyalar da aiddir.Təəssüf ki, bunların da tərkibində rəngləyicilər, dad əvəzediciləri, gen- modifikassiyalı ərzaqlar az deyildir.

Tez hazırlanan əriştə

Bu şübhəsiz orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.

Duz

Duz təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin toplanmasına imkan yaradır. Əgər ondan imtina edə bilmirsinizsə, onda çalışın onun istifadəsini minimuma endirəsiniz.

Alkoqol
Hətta ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə alkoqol özlüyündə çox kalorilidir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3458
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv