Çay, yoxsa qəhvə daha zərərlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 325
Səs ver:
(səs: 2)
Hər səhər oyanan kimi bir fincan qəhvə içirsiniz? Yoxsa bir fincan çay içməsəm, özümə gələ bilmirəm deyirsiniz? Qəhvə və ya çay arasında nə fərq var? Hansı daha zərərlidir?

Çayın faydaları
Çayın içində flavonoid deyilən bir maddə var və bu maddə xolesterolun səbəb olduğu damar tutulmasının qarşısını alır. Flavonoid eyni zamanda qreyfrut, soğan, qırmızı şərab və qara üzümün tərkibində var. Qara çay antioksidant xüsusiyyətinə sahibdir və bu da dişlərin gec çürüməsinə kömək edir.

Əgər 10 ildən artıqdır ki, qara çay içirsinizsə, bu sümüklərinizin möhkəm olmasına kömək olur və sümük əriməsinin qarşısını alan amillərdən birirdir. Sakitləşdirici effektə sahibdir. Gərginliyi, stressi azaldır. Gün ərzində üç stəkan çay içmək bəd xassəli şişin, mikrob və infeksiya xəstəliklərinin qarşısını alır.

Çayın zərərləri
Hər şey kimi çayı da miqdarından artıq qəbul etsəniz, əks təsirlərini görəcəksiniz. Miqdarından artıq çay içmək damar sərtliyinə gətirib çıxarır. Mədədə qastrit yaradır.
Həzm sistemində narahatçılıq və sinirlərin pozulmasına da miqdarından artıq çay qəbul etmək səbəb ola bilər. Əlin əsməsi, yüksək təziqin yaranmasına da səbəb olur. Çayla qəbul edilən şəkərin miqdarına da mütləq diqqət etmək lazımdır.

Qəhvənin faydaları
Qadınlarda kşilərə nisbətən böyrək daşı daha çox olur. Araşdırmalara əsasən qəhvə içən qadınlarda böyrək daşına daha az rast gəlinir. Qəhvə əsasən qaraciyərdə olan ankoloji xəstəliyə yoluxma riskini azaldır.

Gündə üç fincan qəhvə içirsinizsə, astma xəstəliyi riskini azaltmış olursunuz. Baş ağrılarına faydalıdır. Həzm prosesini sürətləndirir. Əgər normasında içirsinizsə, selülit və dərinizdə olan problemlərin qarısını almağa kömək olacaq.

Qəhvənin zərərləri
Qəhvəni miqdarından artıq içmək səhhətinizdə fəsadlar yarada bilər. Çox qəbul etsəniz, həzm prosesi üçün təhlükə yaradacaq və əldə titrəmə, ürəyin tez-tez döyünməsinə gətirib çıxaracaq. 

Əsasən hamilə qadınlar, xora xəstəliyindən əziyyət çəkənlər və ürək xəstələrinə qəhvədən uzaq durmaq tövsiyyə olunur. Şəkər xəstələri nəzarət altında içməlidirlər.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 3 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri