Balın min dərdə dəvası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 992
Səs ver:
(səs: 0)
Qadınlar.biz  bu yazısındı isə balın faydalarından sizin üçün yazdı. Bal illərdir tibbdə də istifadə edilir. hal-hazırda isə balın antioksidan təsiri, anti bakteriyal olması və iltihaba qarşı qabaqlayıcı təsirə malikdir.

Bir çox xəstəliyin müalicəsinə köməkçi olaraq təklif olunan qidalar arasında birinci yer tutur. Ancaq balı hər kəsə tövsiyə etmək və "bol bol yeyin" demək doğru deyil, çünki bal yüksək nisbətdə şəkər artırır. 

BALIN FAYDALARI.
Yaralar: Dəridə ehtiyyatsızlıqdan yaranan kəsiklər, yanıqlar və s kimi xoşa gəlməz halların qarşısını anında almaq üçün lazım olan vəsaitlər yoxdursa təbii baldan istifadə edə bilərsiniz. Balı yaranın üzərinə çəkərək mikroblara qarşı ilk yardım göstərə bilərsiniz. Həmçinin bal yaranın daha tez sağalmasına kömək edəcək. Yara sağalanadək hər 12 saatda bir balı təzələməyi unutmayın.

Enerji: Məşq zamanı kifayət qədər enerjili olmadığınızı düşünürsünüzsə 1 xörək qaşığı bal sizə lazım olan enerjini təmin edə biləcək. Balın tərkibində olan Fruktoza, qlükoza və antioksidanlarla zəngindir.

Öskürək: Öskürəyi keçirmək üçün balı isti suya 2-3 çay qaşığı əlavə edib soyumadan içə bilərsiniz. Bu üsulu 2-3 dəfə etdikdən sonra öskürək tamamı ilə çəkiləcək. Ancaq mütəxəssislər balı 1 yaşından kiçik uşaqlar üçün məsləhət görmür. Çünki bal nadir hallarda olsa belə uşaqlarda qida zəhərlənməsinə səbəb ola bilər.

Dəriyə xeyri: Bal iltihabı və bakteriyaları təmizləyir. Üzdə yaranan sızanaqlar üçün də müalicə vasitəsidir. Balı üzə çəkərək sızanaqların əmələ gəlməsini dayandırır. Üzdə yaranmış sızanaqların daha qısa müddətdə təmizlənməsində böyük əhəmiyyətə malikdir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri