Soğan suyunun faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 061
Səs ver:
(səs: 2)
Soğan suyunun faydaları elmi araşdırmalarla təsdiq edilib.

Soğan suyunun faydaları elmi araşdırmalarla təsdiq edilib.

Qadınlar.biz-in məlumatına görə, soğan da sarımsaq kimi, xoşa gəlməz qoxuya malik olduğuna görə, yeməkdən imtina etdiyimiz qidalardan biridir. Soğan da sarımsaq kimi faydalı olduğuna görə, mütəxəssislər tərəfindən tez-tez yeyilməsi məsləhət görülür. 

Soğan suyunun faydalarından biri də antiseptik olması və bakteriyalara qarşı bədənin müqavimətini gücləndirməsi ilə bərabər qan təzyiqini normallaşdırır və bəzi xərçəng növlərinə qarşı təbii vasitədir. 

Soğan Suyunun Faydaları
Araşdırmalara görə, qırmızı soğan suyu, qida zəhərlənməsinə və stressə bağlı mədə ağrlarını sakitləşdirir.

Qırmızı soğan
Müntəzəm olaraq soğan yemək mədə xərçəngi riskini azaldır. Həmçinin araşdırmalara görə, soğan antioksidan təsirə malikliyi ilə qaraciyər və xərçəngə qarşı təbii müalicəvi vasitədir. 32 ölkə arasında aparılan araşdırmalara görə, yemək qəbulu zamanı daha çox soğan yeyən ölkələrdə prostat xərçəngi səbəbindən dünyasını dəyişənlərin sayı azdır. Məsələn İngiltərədə prostat xərçəngi səbəbindən yaranan ölümlər soğan istifadəsinin daha az olduğu ölkələr sırasındadır.

Soğan
Soğan suyunda olan "Quercetin" adlı komponent allergiyanın qarşısını alır. Soğan suyunun tərkibində olan komponentlər nəticəsində allergiyaya qarşı həssaslığı aradan qaldırır.

Allergiyalı insan
Anemiya xəstəliyinə qarşı orta boy bir soğan (təxminən 110 qram) tərkibində 0.2 mq dəmir olduğu bildirilir. Beləki soğan suyu gündəlik dəmir ehtiyacının 1 % bərabərdir. Təbii ki, gündəlik dəmir ehtiyacınızı yalnız soğan suyu içəməklə qarşılamağınız mümkün deyil. Ancaq dəmir baxımından zəngin qidalar qəbul edərkən çalışın siyahınıza soğanı da əlavə edəsiniz.

Tərkibində dəmir olan qidalar
Antiseptik: Soğan, sarımsaq kimi təbii bir antiseptiktir və infeksiyalarla mübarizədə bədənə köməkçi olur. Sidik yolu infeksiyası, mədədə olan bakteriyaları sistit kimi enfeksiyonal xəstəliklərin müalicəsinə kömək məqsədi ilə qəbul edə bilərsiniz.

Soğan sarımsaq
Hansı Soğan Daha Faydalı?
Bütün soğan növləri müəyyən qədər antioksidanla zəngindir. Ancaq qırmızı soğanın ağ soğana görə daha güclü bir antioksidan olduğu qeyd edilir. Soğanın kökə yaxın hissəsi xərçəngdən qorunma komponentlər baxımından daha zəngindir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri