Yağlı yeməklər stress yaradır

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 1 971
Səs ver:
(səs: 2)
Qeyri-kafi karbohidrat, zülal və C vitamini qəbul etmək, həddindən artıq yağlı yemək, spirt və çox kofein qəbulu depressiyaya səbəb olur, uzun müddət ac qalmaq isə qanda şəkərin miqdarını aşağı salır. 
 
Nəticə etibarı ilə bu hallar əsəb və gərginlik yaradır. Stress zamanı immun sistemin zəifləməsi nəticəsində isə orqanizmin infeksiya və xəstəliklərə yaxalanma riski artır.
                     
Mütəxəssislər bunun qarşısını almaq üçün çoxlu su və bitki çayları içməyi təklif edir. Bitki çaylarından alma çayı və melisa sakitləşdirici xüsusiyyətə malikdir. Həkimlər sağlam qidalanmanın stressi azaltdığını və immunitet sistemini gücləndirdiyini deyir.
 
Çox dəmli çay və həddindən artıq qəhvə və ya kola qəbulu, normadan artıq turşu qəbulu da qanazlığı və dəmir çatışmazlığına yol aça bilər.
 
Stressdən azad olmaq və əsəbiləşməmək üçün gündə ən azı bir porsiya zülallı və bol C vitaminli qidalara yer ayırın.
 
Düzgün qidalanmadan əlavə, dərin nəfəs texnikaları, boyun və bədən hərəkətləri, erkən saatda orta templi yürüş də ən yaxşı müalicə üsullarından biri hesab olunur.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 1 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri