Beyinin fəaliyyətini yaxşılaşdıran qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 442
Səs ver:
(səs: 3)
Araşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.
Umumillikdə bu qidaların qəbulu beyini sağlam vəziyyətdə saxlamağa kömək edir.
Beləliklə, bizim beynimiz bu məhsulları "xoşlayır":
- Balıq və digər dəniz məhsulları(krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün "hava kimi" lazımdır.
- Giləmeyvələrin bir çox hissəsi "antioksidant" adlandırılan maddələrlə zəngindir.  Bu maddələr sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar insan orqanizminin hüceyrələrini zədələyən atomlar toplusudur. Həkimlər məhz onları xərçəngin inkişafında, ürək-damar sistemi xəstəliklərində, qocalıq ağıl zəifliyində "günahlandırır".
- Qoz-fındıq beyin üçün çox xeyirlidir. Bu məhsulların arasında beyin üçün ən faydalı olan qozdur.
Qoz-fındıq dedikdə biz həmçinin araxis, keşyu, badam və s. nəzərdə tuturuq. Onlar da omeqa 3 və omeqa 6 yağlı turşularla zəngindir. Bundan əlavə onlar B6 və E vitaminlərinin zəngin mənbəyidir. Qoz-fındıq beyinin fəaliyyətini yaxşılaşdırır, insanın əhval-ruhiyyəsini qaldırır, depressiyadan çıxmağa kömək edir. Bu səbəbdən həkimlər əqli fəaliyyəti ilə məşğul olanlara, məktəbdə oxuyan uşaqlara və tələbələrə bu məhsulları hər gün qəbul etməyini tövsiyə edirlər (gün ərzində bir ovuc qoz-fındıq kifayətdir).
- Günabaxan, kətan, küncüt, balqabaq tumları yaddaşı möhkəmləndirir, beyinin fəaliyyətini yaxşılaşdırır.
- Müxtəlif dənli bitkilər fol turşusu və B qrupu vitaminləri ilə zəngindir ki, insanın yaddaşını və umumillikdə insanın zehnini yaxşılaşdırır. Dənli bitkilərin arasında beyin üçün ən xeyirli olanlar bunlardır - yulaf yarması, arpa yarması, qəhvəyi düyü və s.
- Tünd şokolad beyinin əsas "dostlardan" biri sayılır. Bu növ şokolad antioksidantlarla zəngindir. Şokolad insanın diqqətini va yaddaşını yaxşılaşdırır, beyini qan təchizatına müsbət təsir edir.
- Yumurta zülal və A, D, E, B qrupu vitaminlərlə, lesitinlə zəngindir. Bu maddələr beyində yaşla əlaqəli olan dəyişikliklərlə mübarizə aparır.
- İspanaq, kahı, brokkoli kələmi, avokado, sarımsaq, kök, pomidor, üzüm da beyinin funksiyalarına çox müsbət təsir edir.
- Ekzotik karri ədviyyatı antioksidantlarla zəngindir ki, beyinin qocalması ilə mübarizə aparır.
- Qəhvə də beyinin fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Qəhvənın gündəlik qəbulu (təbii ki, az miqdarlarda - 1-2 fincan gün ərzində) Alsqeymer xəstəliyi kimi ağır xəstəliyin profilaktikasıdır. Alsqeymer xəstəliyi adətən yaşlı insanlarda inkişaf edir. Bu xəstəlik zamanı beyinin hüceyrələri kütləvi şəkildə məhv olur ki, nəticədə ağıl zəifliyi inkişaf edir.
- Yaşıl çay xüsusi maddələr "katexinlər" (beyini tonuslaşdırır) və antioksidantlarla zəngindir. Gün ərzində 2-3 yaşıl çay fincanı qəbul edə bilərsiniz.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri