Sağlamlıq
və gözəlliyinə fikir verən insanlar, zamanla orqanizmin detoksikasiyası
kursunun keçirilməsinin nə qədər vacib olduğunu anlayırlar.
Bu müasir "detoks" sözünün arxasında ne dayanır və o nə üçün bu qədər vacib sayılır?
İlk
öncə bildirmək lazımdır ki, toksinlər - insan orqanizmində ola bilən
bakteriya, virus, göbələk və ya parazitlər kimi infeksion agentlər
tərəfindən istehsal olunan bioloji mənşəli zəhərdir. Həmçinin havadan,
sudan və qeyri sağlam qidadan orqanizmə duşən maddələri toksin
adlandırmaq olar. Məhz bunun üçün hər il orqanizm üçün detoksikasiya
lazımdır.
Detoksikaiya hansı problemləri həll edir?
Adından bəlli olduğu kimi, ilk növbədə bu orqanizmin təmizlənməsi, onun əsas
filtrləri olan: böyrək, ciyər və yoğun bağrsağın işinin
normallaşmasıdır. Böyrək və ciyərin vacibliyini tez-tez eşidirik, lakin
yoğun bağırsağın vacibliyi haqda çox az məlumat vardır. Lakin, məhz
yoğun bağrsaq suyu və qidalı maddələri adsobsiya edərək(udmaq), nəciz
kütləsinin formalaşmasında iştirak edir.Yüksək
karbohidratlı və yağlı olan, tərkibində az selüüloz olan yeməkləri n
qəbulunun nəticəsində yoğun bağırsağın divarlarında özünəməxsus ərp
yaranır ki, o da, zamanla nəcis daşının əmələ gəlməsinə səbəb olur.
Bununla da orqanizmi toksinlərdən qoruyan yoğun bağrsağın selikli
qişasının dağılması baş verir. Beləliklə emal olunan məhsullarla
orqanizmin zəhərlənməsi baş verir, belə ki onlar da qidalı maddələr kimi
yoğun bağırsağa mənimsənilirlər. Məhz bu hadisənin aradan qaldırılması
üçün detoks həyata keçirilir.
- Dərinin təmizlənməsi.Səpkilərdən azad olunma və dəri rəngini yaxşılaşdırılması.
- Ağızdan gələn xoşagəlməz qoxunun aradan qaldırılması(əgər bu yoğun bağırsaqla əlaqəlidirsə).
- Enerji səviyyəsinin artması. Belə ki, təbii təmizlənmə nəticəsində bütün daxili orqanların işi normallaşır.
-
Çəkinin stabilləşməsi o səbəbdən baş verir ki, orqanizm normal işlədiyi
zaman bütün qidalı maddələr qana rahat daxil olaraq, qidalı maddələr
ehtiyacını doldurmaq üçün normdan artıq yeməyə ehtiyac qalmır.
Detoksikasiyanın
müxtəlif növləri vardır. Və hər biri həyata keçəcək prosessdir, lakin,
hər zaman asanlıqla alınmır. Belə ki, pəhriz və bitki məhlullarının saat
rejimi ilə qəbul olunması bəzi narahatlıqlar yaradır. Unutmayın ki,
hidrokolonoterapiyanı mütləq həkim nəzarəti altında həyata keçitmək
lazımdır, belə ki, aclıq nəinki yalnız tam sağlam insanlar üçün icazəli
sayılır, həmçinin hər insan qidalanma rejiminin bu qədər dəyişməsinə
dözə bilməz.
Məhz
bu səbəbdən bu kimi prosedura qərar verdikdə mütləq həkimlə
məsləhətləşib, prosesi onun nəzarəti altında keçitmək məsləhət görülür.