Bəzi qidalar vücuddakı yağların əriməsini sürətləndirir. Bəs bunlar hansı qidalardır?
Acı bibər
Bibərə acılıq verən kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və buna görədə bədəndə olan artıq yağları yandırır.
Tam taxıllı qidalar
Sağlamlıq üçün çox faydalıdırlar. Taxılın üç əsas komponenti
saxlandıqda ona tam taxıl deyilir. Bu üç komponent aşağıdakılardır:
Kəpək (lif baxımından zəngin xarici qabıq), əsas (qida dəyəri baxımından
zəngin özül) və nişastalı hissə (endosperm).Tam taxılın tərkibində olan
lif, vitamin, mineral, antioksidantlar bir çox xroniki xəstəliklərə
qarşı qalxan rolunu oynayır. Vücudun daha çox çalışmasını təmin edən tam
taxıllar yağların əriməsinə də kömək edir. Tam taxılların yandırılması
üçün iki qat kaloriyə ehtiyac vardır. Bu da bədənin zəyifləməsinə dəstək
verir.
Hindistan qozu
Hindistan qozu (kokos) çox faydalı bitkidir. Hindistan qozunun həm
südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici
dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici
xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin, bu meyvə həzm sistemi
narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit,
mədə xorası, ishal, qusma, qaz, dizenteriya kimi narahatlıqlara qarşı
effektlidir. Maddələr mübadiləsini artırır.
Avokado
Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Armud
formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Tərkibində
asan həzm edilən yağ(30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D
vitaminləri var. Diabet xəstəliyi olanlar üçün faydalıdır. Maddələr
mübadiləsini sürətləndirir və yağların əriməsində faydalı rol oynayır.
Zəncəfil
Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir.
Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar.
Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha
doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran,
tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. O insanın
mədə-bağırsaq sisteminə çox müsbət təsir edir – mədənin və bağırsaqların
fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, ödqovucu
təsirə malikdir. Bundan əlavə zəncəfil orqanizmin qan təchizatını
yaxşılaşdırır, damarları təmizləyir, mübadilə proseslərini
sürətləndirir. Zəncəfil çayı arıqlamağa kömək edir. Bu çayı qida
qəbulundan yarım saat əvvəl içdikdə, iştaha azalır və bu səbəbdən insan
daha tez doyur. Zəncəfil çayı aclıq hissini azaldır və mübadilə
proseslərini sürətləndirir ki, nəticədə insan tez və rahat arıqlayır.
Belə çayı tək arıqlamaq məqsədi ilə yox, soyuqdəymələr zamanı da
istifadə etmək olar.