Günə 2 litr su içilməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 494
Səs ver:
(səs: 2)
Deyilənə görə hər bir insan gün ərzində 2 litrdən (8 stəkandan) az su içməməlidir.
Son illər insanlar adi su içməyə daha çox məhəl verir. Bir çox idmançıların və tələbələrin üzərində su butulkası olur. Los-Ancelesdə yayılmış Kaliforniya universitetin kitabçasında tələbələrə «öz üzərində su butulkası gəzdirmək və dərslərdə tez-tez su içmək» məsləhət görürlər. Bu arada çoxları etiraf edirlər ki, özlərini məcbur edib çoxlu su qəbul etmək onlar üçün çətindir, buna baxmayaraq internetdə suyun gündəlik normasını qəbul edilməsi barədə xüsusi məqalələr var.
Demək çətindir ilk dəfə kim tərəfindən suyun gündəlik norması məhz 2 litr olması müəyyənləşdirib. Yəqin ki, bu ehkam 1945-ci ildə ABŞ-ın ərzaq və qida üzrə milli şurasının dərcindən sonra möhkəmlənib:
«Böyük insan üçün gündəlik mayenin qəbul norması təqribən 2,5 litr təşkil edir».

Niyə bu belə deyil:
Gün ərzində 2 litr suyun insan üçün norma olduğu sübut edilməmişdir.
Şübhəsiz ki su insana faydalıdır, ən azı ona görə ki, orqanizmi təmin edir və bu zaman kalori ehtiva etmir. Lakin bu gün heç bir araşdırmalar sübut etməyiblər ki insan üçün gündəlik su norması 2 litr təşkil edir. Kütləvi informasiya vasitələrinin arqumentləri aşağıdakılara yönəlir: insan bədəni əsasən sudan ibarətdir (50-70 % çəkisi), qan (85 %), əzələlər (80 %), beyin (75 %) və sümüklər (25 %), məhz buna görə orqanizmin normal fəaliyyəti üçün ona 2 litrə qədər su gərəkdir. Və əgər bu fikrin birinci hissəsi ilə razılaşsaqda, ikinci hissəsi öz təsdiqini tapmamışdır.

Hətta ABŞ-ın ərzaq və qida üzrə milli şurasının dərcində də qeyd edilmişdir ki, orada yazılan 2,5 litr təkcə suya aid deyil. O miqdarda maye deyərkən, gün ərzində qidadan orqanizmə qəbul edilən maye də nəzərdə tutlmuşdur. Beləliklə, insan gündəlik su norması ilə təyin edilməsi üçün ona gün ərzində 2 litr su qəbul etmək yox, sadəcə düzgün qidalanmaq gərəkdir. Bəzi insanlar üçün həttə xüsusi mobil proqramlarda mövcuddur ki, onların vasitəsi ilə siz bir stəkan süddən orqanizmə nə qədər suyun daxil olmasını və ya bir fincan qəhvə içərkən nə qədər maye itirdiyinizi hesablaya bilərsiniz.
Çox arıqlamaq üçün çoxlu su qəbul etmək məsləhət görürlər. Amma nə həcmdə su qida qəbulunu azaldır və bu nə müddətdə davam edir hələ də aydınlaşdırılmamış qalmaqdadır. Uzun ömürlüklə suyun çox qəbul edilməsi əlaqəsi də məlum olmamışdır.

Kristofer Van Tulekken (infeksionist):
«İnsanlar isti və quraqlıq şəraitdə ağır fiziki əmək yerinə yetirərək təkamül etdilər. Biz xüsusi problem olmadan az miqdarda su qəbul edə bilərik, nəinki adətən sudan yaranan kiçik intoksikasiya daha acınacaqlı nəticələrə gətirib çıxara bilər. Loru dildə desək, həddindən çox su içmək, suyu heç içməmək qədər pisdir».
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 494
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri