Gündəlik yemək - 5 səhv

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 241
Səs ver:
(səs: 0)
Britaniyalı alimlər qida qəbulu zamanı yol verilən 5 ən çox yayılmış səhvi ortaya çıxarıblar. Sağlam və balanslaşdırılmış
qida qəbul etdiklərini düşünən insanlar əslində ciddi səhvlər edirlər.
 
1. Fiziki və ya psixi gərginlikdən əvvəl və ya sonra qida qəbulu. Gərgin fiziki işdən yarım saat əvvəl və yarım saat sonra yemək yemək olmaz. Həmçinin güclü həyəcan keçirdikdən yarım saat sonra da qida qəbul etmək olmaz. Bu, mədə şirəsinin normal ifrazına əngəl olur. 

2. Yeməkdə müxtəliflik faydalıdır. Bəli, faydalıdır, amma aralarında vaxt kəsiyi olmalıdır, 15 dəqiqəyə üç cür yeməyi mədəyə doldurmaq olmaz. Qidanı yaxşıca çeynəmək, hər təamdan sonra isə bir qədər  fasilə vermək lazımdır. 

3. Çox qaynar və çox soyuq xörəkləri birlikdə yemək. Bir öynə vaxtı otaq temperaturundan aşağı və ağzı yandıran qidaları qəbul etmək olmaz, bu, həm dişlərə, həm də mədəyə ziyandır. 

4. Xörəyi salatla yemək. Ümumiyyətlə, çiy meyvə-tərəvəzi termik emaldan keçmiş ərzaqlarla yemək olmaz, bunları ayrıca salat kimi əsas yeməkdən əvvəl yemək lazımdır. O zaman mədə şirəsi ifraz olunacaq, həzm sisteminin motorikası işə düşəcək, əks halda isə mədədə qıcqırma və çürümə prosesləri başlayacaq. 
 
5. Yemək zamanı maye qəbul etmək. Yeməkdən öncə, yemək zamanı və dərhal yeməkdən sonra hər hansı bir içki içmək olmaz - o ağız suyunu yuyub aparır, mədə şirəsini durulaşdırır. Yeməkdən yarım saat əvvəl və bir saat sonra su içmək daha faydalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri