Qeyri-düzgün qidalanma birbaşa ürək xəstəliklərinə, piylənməyə, mədə-bağırsaq traktının xəstəliklərinə aparıb çıxarır.
Yağlı
qida çəkinin artmasına gətirib çıxarır. Tərkibində çoxlu miqdarda qida
əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi
zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini
kütləşdirir. Qaba bitki mənşəli qida həzm sisteminin işini
stimullaşdırır. Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək
lazımdır ki, onun tərkibində bacardıqca çox çiy meyvə və tərəvəz olsun.
Zərərli ərzaqların siyahısı:
1. Çeynənən konfetlər, pastila,
"meybonlar", "çupa-çups". Onların tərkibində küllü miqdarda şəkərlər,
kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri və s. vardır.
2. Həm kartof, həm də qarğıdalı çipsləri - orqanizm
üçün çox zərərlidirlər. Çipslər rəngləyicilərin və dad
əvəzedicilərinin, karbohidratlarla yağların qarışığından başqa bir şey
deyildir. Həmçinin kartofel-frinin yeyilməsi də yaxşı heç nə vəd etmir.
3. Şirin qazlı ickilər şəkərlərin, kimyəvi maddələrin və qazların qarışığıdır – bu
isə orqanizmdə zərərli maddələrin tez yayılması üçündür. Məsələn
Coca-cola içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir. Qazlı
şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrassiyası
çox ziyanlıdır, belə ki, 1 stəkan suda həll olunmuş 4-5 çay qaşığı şəkər
tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə susuzluğunuzu
yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz.
4. Şokolad batonları. Bu
giqant miqdarda kalorinin kimyəvi əlavələr, genetik modifikasiyalaşmış
məhsullar, rəngləyicilər və aromatizatorlarla birləşməsindən ibarətdir.
5. Sosislər və kolbasalar. Ətli
delikateslər ən zərərli ərzaqlardan biri olaraq qalırlar. Onlar
tərkibində gizli yağlar adlanan (donuz dərisi, salo, iç piyləri) və
aromatizatorlar və dad əvəzediciləri ilə pərdələnən yağlara malikdirlər.
Bir çox ət məhsulları istehsalçıları transgenlərdən istifadə edirdilər.
Belə ki, kolbasaların, sardelkaların, sosislərin 80%-i (!) transgen
soyadan ibarətdir.
6. Yağlı ət damarlarda
xolesterin yığıntılarının əmələ gəlməsinə səbəb olur ki, bu da
orqanizmin qocalmasını sürətləndirir və ürək damar xəstəliklərinin
yaranmasına gətirib çıxarır.
7. Mayonez. Mayonez
çox kalorili ərzaqdır, bundan başqa, onun tərkibində çoxlu miqdarda
yağlar və karbohidratlar vardır, həmçinin rəngləyicilər, şirinlik verən
maddələrə, qida əvəzedicilərinə və s. malikdir. Zərərli ərzaqlara yalnız
mayonez yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyatlar da
aiddir. Təəssüf ki, bunların da tərkibində rəngləyicilər, dad
əvəzediciləri, gen-modifikasiyalı ərzaqlar az deyildir.
8. Tez hazırlanan əriştə. Bu, şübhəsiz, orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.
9. Duz. Duz
təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin
toplanmasına imkan yaradır. Əgər ondan imtina edə bilmirsinizsə, onda
çalışın, onun istifadəsini minimuma endirəsiniz.
10.Alkoqol. Hətta ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə, alkoqol özlüyündə çox kalorilidir.