Dərini gözəlləşdirən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 425
Səs ver:
(səs: 2)
Alimlər beş məhsulun adını çəkiblər ki, bu məhsullar gözəllik salonlarına getmədən dərini parlaq və sağlam edə bilir.

Kakao: tərkibində yüksək səviyyədə flavanollar var. Bu bitki tərkibli maddə antioksidant xarakterə malikdir və dərini zərərli günəş şüalarından qoruyur. Bundan başqa dərini daha hamar etmək üçün çimərkən vannaya 1/8 stəkan kakao və 1/3 stəkan yağsız,quru süd əlavə etmək olar.

Kəsmik: Kəsmiyin tərkibində yüksək səviyyədə ağartı var ki, bu da kollaqqenin istehsalı üçün vacib olan qidalandırıcı maddədir. Məhsulun tərkibində olan lifli maddələr dərinin cavan görünməsini təmin edir.

Çiyələk: Vitamin C ilə zəngindir. Bu da dərini pis ekologiyadan qoruyur.

Avokado: bu məhsullar arasında gözəllik kralıdır. Avokado antioksidantlarla və mübadiləsiz yağlı kislotlarla zəngindir. Bu da dərini hamarlaşdırır.

Çay: bütün çaylar dəri gözəlliyi üçün faydalıdır. Yaşıl və ağ çay isə xüsusilə, çünki onların tərkibində daha çox antioksidant var nəinki qara çayın.

Kofe: dərini günəş şüalarından qoruyur, dərinin boşalmasına və qırışmasına səbəb olan kollagen və elastin dağılmasının qarşısını alır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri