Meyvə şirəsi haqqında bunları bilirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 859
Səs ver:
(səs: 2)
Güclü immunitet sistemi üçün vitamin, antioksidant və mineralla zəngin meyvə suları için.

Portağal Suyu: Bir stəkan portağal suyu gündəlik C vitamini ehtiyacını qarşılayır. Kalium, folat, B1, B2, B6 vitaminləri və müxtəlif mineralları ehtiva edən portağal suyunun, xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı və damarları gücləndirdiyi bilinir.

Ərik Suyu: Bir stəkan ərik suyu gündəlik A vitamini ehtiyacının 3-də 1-ni qarşılayacaq dəyərdadir. Ərik, diş xəstəlikləri, şəkər xəstəliyi, ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin meydana gəlmə riskini azaldır, bağırsaqların normal işini təmin edir.

Üzüm Suyu: Üzüm suyu A, B və C vitaminlərindən zəngin olmaqla bərabər kalium və dəmir ehtiva edir. Güclü antioksidant xüsusiyyəti sayəsində bədəndə yaranan sərbəst radikallarla döyüşərək, hüceyrələrdəki köhnəliyi azaldır və immunitet sisteminin güclənməsini təmin edir.

Şaftalı Suyu: Şaftalı suyu A və C vitaminindən başqa antioksidant və A vitamini fəaliyyəti göstərən beta karoten baxımından zəngin bir içkidir. Ehtiva etdiyi diyet lifləri və antioksidant maddələr, ürək damar sağlamlığının qorunmasında və xərçəngdən qorunmaqda təsirlidir.

Nar Suyu: Xolesterol və şəkəri normallaşdıraraq ürək sağlamlığını qoruyan nar suyu xərçəng hüceyrələrinin inkişafına da maneə törədir. Həmçinin bağırsaq parazitlərini də salır.

Vişnə Suyu: Qızdırmalı xəstəliklərə qarşı güclü bir silah olan vişnədə A vitamini və kalium var. Qandakı turşulaşmağı da təmizləyən vişnə suyu mədə və qaraciyərin normal işini də təmin edər.

Alma Suyu: Alma immunitet sistemini gücləndirən B3 və E vitamini və kalium ehtiva edir. Qan şəkərini idarə edən alma suyu baş ağrısına da yaxşı təsir edir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri