Heç yerdə görmədiyiniz 10 meyvə - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 263
Səs ver:
(səs: 3)
Dünyanın ən qəribə 10 meyvəsinin adı açıqlanıb.
 
Fərqli iqlimlərdə yetişən bu meyvələr dadı və xarici görünüşü ilə insanı valeh edir.
Qadınlar.biz bu meyvələri sizə təqdim edir:
1. Rambutan. Xarici görünüşünə görə su canlısına bənzəyir. Daha çox tropik iqlimin olduğu yerlərdə yetişir. Çox dadlı və ləzzətli olan, eyni zamanda çiyələyə bənzəyən Rambutanın qabığı qızaran zaman yetişmiş sayılır.


2. Durian. Bu bitki köhnə corab qoxusu verir. Dünyada ən çox iy verən bitki olan durian 3 kiloqrama qədər böyüyə bilir. Bu meyvə bəzilərinin sevimlisi ola bildiyi kimi, bəziləri bu meyvənin iyinə belə tab gətirə bilmirlər. Qabığının rənginə və quruluşuna görə bu meyvəni ananasa da bənzədirlər.


3. "Buddanın əli". Bəziləri bu meyvəni "Buddanın əli" limonu, bəziləri isə "Barmaqlı ağac qovunu" adlandırırlar. Sarı rəngli bu qəribə meyvə xoş qoxusu ilə diqqət çəkir və Asiyada yetişir. "Buddanın əli" rəndələnərək salatlarda istifadə edildiyi kimi, balıq yeməklərində limon kimi də istifadə olunur.


4. Pitaya. Çəhrayı rəngi ilə diqqət çəkən bu meyvənin çiçəkləri həm armud, həm də kivi çiçəklərinə bənzəyir. Yüksək antioksidant və liposom tərkibli bu meyvə lif baxımından da zəngindir.


5. Akebi. Akebinin hərfi tərcüməsi "mavinin nadir görülən bir tonu" deməkdir. Şimali Yaponiyada yetişən bu meyvənin içi yeyilir. Meyvənin ətli hissəsi ilə tumları bir-birindən çətin ayrıldığından bu meyvə tumlu yeyilir.


6. Qoya (Acı qovun). Bu meyvə üzüm kimi salxımlarda yetişir. Adətən tam yetişməmiş yığılır və təzə və ya bişirilərək yeyilir.


7. İlan meyvəsi. Bu meyvə palma ağacının bir növündə salxım şəklində yetişir. Almaya bənzər şirin və azca turş tamı var. İlan meyvəsi təzə və ya xamır şirniyyatlarının içinə qatılaraq yeyilir. Malayziya meşələrində bitən bu meyvə meymunların sevimli qidasıdır. Maraqlı cəhəti isə odur ki, meyvənin tərkibində 13,5 faiz alkoqol var. Buna görə də, meymunların bu meyvəni yedikdən sonra nə hala gələcəyini təxmin etmək heç də çətin deyil.


8. Manqostan. Tenis topundan azca kiçik olan bu meyvə tropik iqlimdə yetişir. Bənövşəyi qabığın içində ağ rəngli meyvəsi yeyilir. Manqostan sağlığa faydalı olan içki Xanqo sayəsində məşhurlaşıb.


9. Ulduz alması. 5-10 santimetr ölçülərində olan bu meyvə bənövşəyi və ya solğun yaşıl rəngdə olur. Belə adlanmasının səbəbi isə kəsəndə içinin ulduz şəklində olmasıdır. Tərkibindəki 33 faiz toksiklik dərəcəsinə görə, qabığı yeyilmir.


10. Hind ənciri. Çəhrayı və ya sarı rəngli bu meyvə kaktusun üzərində bitir. Şəkər, jele və araq istehsalında istifadə olunan hind əncirinin suyu da içilir.

(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 263
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri