Bu qidalardan uzaq olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 357
Səs ver:
(səs: 1)
Qida mütəxəssisləri xəbərdarlıq edir

Bildiyiniz kimi, hər qidanın orqanizmə özünə məxsus xeyri var. Bəziləri beynin fəaliyyətini yaxşılaşdırır, bəziləri yaddaşa kömək edir və s. Digər tərəfdən isə bəzi qidaların qəbulu beynin funksional fəaliyyətinə birbaşa mənfi təsir göstərir. Bunlar aşağıdakılardır:

1. Şəkərli məhsullar
Şəkər və şəkərli məhsullar bir sıra nevroloji problemlər yaradır. Ona görə də qənnadı və un məmulatları, şəkər, qarğıdalı siropu (qlukoza siropu) və fruktoza tərkibli məhsullardan uzaq olun.
 
2. Spirtli içkilər
Spirtli içkilər uzun müddət tükəndikcə qara ciyəri sıradan çıxarır və hətta, beyin dumanlanması deyilən sindrom yaradır. Alkoqol beynin balansına mənfi təsir göstərir.
 
3. Hazır qidalar (fast-food)
Araşdırma zamanı məlum olub ki, hazır qidalar beyindəki kimyəvi proseslərin dəyişməsinə səbəb olur. Bu da depressiya və əsəbilik yaradır. Ümumi əhval-ruhiyyə mənfi təsir edir.

4. Qızartma
Demək olar ki, bütün yarım fabrikatların hazırlamasında kimyəvi maddələr, rəngləndirici, qoruyucu və dad əmələ gətirən maddələrdən istifadə olunur ki, bu da həm uşaqlar, həm də böyüklərdə hiperaktivlik yaradır. Qızardılmış və ya yarım fabrikatlar beyindəki əsəb hüceyrələrini tədricən məhv edir. Lakin, bəzi yağlar daha təhlükəlidi. Günəbaxan yağı ən toksik yağlardan biri hesab olunur.
 
5. Qızardılmış məhsullar kimi, yarım fabrikat mallar da mərkəzi sinir sisteminə mənfi təsir edir və sonradan, hətta Alzheimer xəstəliyinə tutulma riskini artırır.
 
6. Çox duzlu yeməklər
Hamı bilir ki, duzlu yeməklər qan təzyiqinə mənfi təsir edir, və bu da urəyə çox ziyandır. Araşdırmalara görə, duzlu qidalar həm idrak funskiyasını, həm də düşünmə qabiliyyətini korlayır.
 
7. 100% taxıldan başqa, bütün dənli bitkilər ümimilikdə sağlamlığa ziyandır.
 
8. Bişmiş proteinlər
Protein bədənin ümimi funksionallığı üçün çox vacibdir. Ən çox protein ətdədir, lakin sosiska, salami, kolbasa və bu kimi məhsullaran uzaq durun. Rasionunuzdan tunes, qızıl balıq, süd məhsulları və qoz-fındıq yeyin.

9. Trans yağdan uzaq durun
Trans yağlar bir çox problemlər yaradır. İnfarkt riskini artırır.
 
10. Süni şirinləşdirici
İnsanlar süni şirinləşdiricilərdən arıqlamaq üçün istifadə edirlər. Lakin qeyd etmək lazımdır ki, bu maddınin xeyrindən çox zərəri vardır. Kalorisi az olsa da mütəmadi istifadə zamanı beynin fəaliyyətinə zərbə vurur.
 
11. Nikotin
Nikotinin gətirdiyi bəlalar: erkən yaşlanma, təngnəfəslik, ağ ciyər xərçəngi və beynin fəaliyyətinin pozulması.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri