Bu 8 meyvəni yeyin

Müəllif: Angela7
Şərhlər: 17
Baxılıb: 1421
Paylaş:
Səs ver:
(səs: 1)
Hər bir meyvəni və tərəvəzi öz mövsümündə yemək daha məsləhətlidir. Bu sıradan qış meyvələrinin yeyilməsi sağlamlıq baxımından çox yararlıdır. Aile.lent.az qışda şəfalı olan 8 meyvə haqqında məlumatı təqdim edir.
 
Armud
Sulu və şirin meyvə olan armud yeməkdən əvvəl yeyilməlidir. Zəngin karoten tərkibi səbəbindən sarı və yaşıl rəngə malikdir. A, B1, B2, B3, B6 və C vitamini ilə zəngindir. Qabıqlı yeyilməsi bağırsaq sağlamlığı baxımından çox faydalıdır. Qəbzliyi müalicə etmək üçün tez-tez yeyilməsi məsləhətdir. Qandakı törəmə turşusu və törəmə duzları xaricə ataraq böyrəklərin nizamlı işləməsini təmin edir. Armud soyutma təsiri ilə qızdırmanı salmaq qabiliyyətinə malikdir. Bir böyük stəkan armud suyu içmək qızdırmanı salmaqda təsirli ola bilər. Armuddakı antioksidant elementlər immunitet sistemini gücləndirir. Hər hansı soyuqdəymə narahatlığı hiss etdikdə armud suyu için. Armud suyunun iltihab əleyhinə təsiri var. Müxtəlif iltihab xəstəlikləri zamanı ağrını azaltmaq üçün istifadə edilir. armudda yüksək miqdarda bor elementi var. Bor bədəndə kalsiumu qoruyur, osteoporozun qarşısını alır və ya gecikdirir.
 
Heyva
Heyva xüsusən də qışda üşüyüb xəstələndikdə ilk köməyə gələn meyvədir. Ağciyər vərəminə və ağız yaralarına yaxşı təsir edir. Gümrahlıq verir. Heyva dənələri sıx pektin ehtiva etdiyi üçün ishalın qarşısını almaq üçün qaynadılıb suyu içilə bilər. Bronxit, xronik öskürək və vərəm müalicəsində istifadə edilir. Heyva damar sərtliyinə, qaraciyərin zəif işləməsinə yaxşı təsir edir, təzyiqi aşağı salır, öd kisəsinin işini nizamlayır. Heyva yarpaqlarını qaynadıb çay kimi içmək ürək ağrılarına yaxşı təsir edir, çünki sakitləşdirici xüsusiyyətə malikdir.
 
Alma
A və C vitamini bol olan almanın həll edilən və edilməyən lif tərkibli olması həm ishal, həm də qəbzlik müalicəsində ondan istifadə etməyə imkan verir. Sütun xərçəngindən qorunmaq üçün tez-tez yeyilə bilər. İmmunitet sistemini gücləndirir, həzmi asanlaşdırır. Xolesterola yaxşı təsir edir. Ətri rahatlandırcı təsirə malikdir və qan təzyiqini aşağı salır. Artrit, revmatizm və podaqra xəstəliklərinə qarşı xeyirlidir.   
 
Qreypfrut
C vitamini baxımından zəngin olan qreypfrut immunitet sistemi üçün yararlıdır. Lakin dərman istifadə edirsinizsə, diqqətli olmağınız məsləhətdir. Nikatinin bədəndən xaric edilməsi və siqaret çəkmək istəyini azaldır. Qreypfrutdakı həll edilə bilən lif xolesterolun aşağı salınması üçün xeyirlidir. Aparılan yeni təcrübələr qreypfrut suyunda yüksək miqdarda olan naringin və naringenin adlı flavonoidlərin ağız xərçənginin yaranmasının qarşısını aldığını sübut edib. Qreypfrut insulin hormonunu təzyiq altına salır və insanda yemək hissini azaldır. Qreypfrutla çəki itirmək immunitet sisteminə təsir etmir. Üstəlik, həzm sisteminin sağlam işləməsində faydalıdır. Tərkibindəki yüksək lif qəbzliyin qarşısını alır.
 
Kivi
C vitamini deposu olan kivi infeksiyalarla mübarizə etmək və dəri qurumasının qarşısını almaq üçün faydalıdır. Kivi immunitet sistemini gücləndirir. Kivi antioksidant təsiri ilə xərçəngə riskini azaldır. Xüsusən də qadınlarda menopauzadan sonra müşahidə edilən döş xərçəngi riskini azaldır.
 
Naringi 
Naringi C vitamini tərkibi ilə xüsusən qış aylarında soyuqdəymə, sətəlcəm və qripə qarşı müdafiə mexanizmini gücləndirir. Yüksək miqdarda olan potasium tərkibli olması yüksək təzyiqi aşağı salır. Ağ lifləri çox faydalıdır. Potasiumla zəngindir. Ürək xəstəliyi olanlar mütləq yeməlidirlər. Naringi soyulduqdan sonra mütləq yeyilməlidir.
 
Nar
Nar immunitet sistemini gücləndirdiyi üçün tez-tez yeyilməlidir. Fol turşusu, A və C vitamin tərkiblidir. Bundan başqa, selenium, maqnezium, fosfor kimi minerallarla zəngin olduğu üçün halsızlıq hiss etdikdə yeyilə bilər. Nar, xüsusən də tərkibindəki antioksidant sayəsində bədənin müdafiə sistemini gücləndirir. Aparılan araşdırmalarda nar suyunun dəri xərçənginə və kişilərdə prostat xərçənginə qarşı qoruyucu təsirə malik olması sübut edilib. Qış mövsümündə portağal, narngi və limonla bərabər narı da təzə formada və ya suyunu sıxaraq yeyən insanlarda xəstəliyə yaxalanma riski azalır.
 
Portağal
C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir. Qızdırma salma, iştah açma, qanı duruldan, həzmi asanlaşdıran, spazmın qarşısını alan, öd sökdürücü, yuxu gətirən və qurd salma qabiliyyəti var.      

loading...
(səs: 1)
Şərhlər: 17
Baxılıb: 1421
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Şəbnəm Vüsal
bu meyvələrdən ancaq qreyfut yeməmişəm.olsa belke yeyərəm.ama qalanlarını hemise bolluca yemişəm..özümüzde hamisi yetişir ona görə cəkinmədən yeyirəm
19 aprel 2016 11:24
17
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
vipbetul
insan orqanimasiycin faydali melumatdir
19 aprel 2016 03:34
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Oxatan
Qreypfrutu hec sevmirem ve yenmirem.heyva da retki yeyerem neterse olub yadina duwerse.
19 aprel 2016 00:36
15
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
son bahar
Bu myvelerin hamisini sevirem xususende nari
19 aprel 2016 00:15
14
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
Marta
Meyve ile yasayiram deye bilerem cox yeyirem cox sevirem)))
18 aprel 2016 23:09
13
Немного терпения, и у тебя все получится..
Offline
ayka95
Bu meyvelerin hamisini çox sevirem
18 aprel 2016 22:49
12
Online
Barbaris
Hamisini yeyirəm beyendiyim meyvələr di
18 aprel 2016 22:31
11
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Kölge
Butun müyveleri sevirem
18 aprel 2016 22:27
10
Her şeye gore şukur
Offline
ulduz
Kivi sevmirem. Amma qalanlarin sevirem
18 aprel 2016 22:21
9
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Aybə
Meyvələri çox sevirəm.Böyük oğlum lap çox sevir meyvələri əsasda kivini.
18 aprel 2016 22:19
8
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Offline
14MsM
Oglumun daha cox sevdiyleri ele meninde
18 aprel 2016 21:53
7
Offline
tenha cicek
hamisini severek yeyirem amma qreyfurt aci dadir
18 aprel 2016 21:43
6
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Offline
evli.mutlu.cocuklu
Bu meyvelerin hamisinida sevirem
18 aprel 2016 21:30
5
Offline
qanadli melek
Her meyveni yemirem portagal cox sevdiyim yediyim meyvedi
18 aprel 2016 21:01
4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Totu
Elbetde ki butun meyveler faydalidir
18 aprel 2016 20:59
3
Offline
BARBI
Bu yazilan meyvelerden hamisini yeyirem. Her biri cox faydalidir
18 aprel 2016 20:39
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Melek5
Bilmirdim maraqli oldu oxumaq tesekkurler faydali bir melumat ucun
18 aprel 2016 20:09
1
Get sevgilim! Dön desəm mən, gəlsən, sən Şərəfsizsən.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv