Bu
yaxınlarda aparılan bir araşdırma sübut edib ki, bir çoxlarımızın
sevimli içkisi olan milkshake ən zərərli qida növlərindən biridir.
Bəzilərimiz
tərkibində olan südə görə milkshake-in orqanizm üçün xeyirli olduğunu
düşünsək də, əslində onun tərkibində olan kalori və doymuş yağ asidi
insan orqanizmi üçün olduqca zərərlidir.
Mütəxəssislər
xüsusən də tərkibində şokolad olan milkshake-in ən təhlükəli içki növü
olduğunu bildiriblər. Onların sözlərinə görə, şokoladlı milkshake-lər
qaraciyər üçün ən arzuolunmaz içki növüdür.
Digər
bir tərəfdən diyetoloqların sözlərinə görə, milkshake-in tərkibində
olan maddələr piylənməyə, kökəlməyə səbəb olur. Buna görə də deyə
bilərik ki, milkshake ən az fasd foodlar qədər sağlamlığımıza zərər
yetirir.