Bu qidalar təhlükə riskini azaldır

Şərhlər: 4
Baxılıb: 2 279
Səs ver:
(səs: 1)
Altsheymer xəstəliyi - baş beyinin, əsasən gicgah və parental payın, atrofiyası nəticəsində yaranan qocalıq kəmağıllığının bir növüdür.
Bu ağır xəstəliyin müalicəsi yoxdur. Xəstəliyin gecikmiş mərhələlərində xəstə ətrafdakıları tanımır, hətta öz adını və kim olduğunu unudur, elementar bacarıqları (yemək yemək, paltar geyinmək və s.) itirir.
Raşa Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, balıq və dəniz məhsullarının (krevet, kalmar, dəniz yosunları və s.) qəbulu bu ağır xəstəliyin inkişafı riskini xeyli azaldır. Alimlər həmçinin qeyd edirlər ki, balıq yağı prepartalarının qəbulu bu riski azaltmır.
MedicalDaily xəbər verir ki, alimlər 2004-2013-cü illərdə dünyasını dəyişmiş yaşlı insanların beyin toxumalarını analiz ediblər. Analiz göstərib ki, həftədə heç olmasa 1 dəfə balıq və dəniz məhsullarını yeyən insanların bu məhsulları yeməyən insanlarla müqayisədə beyin toxumasında Altsheymer xəstəliyinə işarə edən dəyişikliklərə daha az rast gəlinirdi.
Alimlər belə hesab edirlər ki, Altsheymer xəstəliyinin riskini azaltmaq üçün insan həftədə ən azı 2 dəfə balıq və dəniz məhsullarını yeməlidir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 279
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri