İstədiyiniz qədər yeyə biləcəyiniz, kökəltməyən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 422
Səs ver:
(səs: 2)
Pəhriz saxlayanların ən böyük problemləri az yedikdə doya bilməmələri və gün boyu özlərini ac hiss etmələridir. Ancaq diyetoloqlar bildirirlər ki, bol miqdarda su ehtiva edən, az kalorili qidalarla ac qalmadan arıqlaya bilərsiniz.

Yunan qabağı
Tərkibində çoxlu lif olduğu üçün həzm sisteminə yararlıdır. Kalium, fosfor, kalsium, maqnezium kimi elementlər ehtiva edir. Orqanizmi təmizləyir. Bu tərəvəzin 100 qramının 94 qramını su təşkil edir və sadəcə 19 kalori almağınıza səbəb olur.
Bu tərəvəzi şorablara və ya salatlara əlavə edə bilərsiniz. 

Pomidor
Pomidorun faydaları saymaqla bitmir. Tərkibində orqanizm üçün ən yararlı antioksidant hesab edilən likopen var. Pomidor eyni zamanda niasin, B6, C, A, K vitaminləri ilə zəngindir. Pomidorun 100 qramı 22 kalori edir. Səhər yeməyində pomidor yeyə bilərsiniz. Həftədə 2-3 dəfə qara istiota dadlandırılmış pomidor suyu içə bilərsiniz.
Makaronun üzərinə pomidordan sous hazırlaya bilərsiniz. 

Kələm
Lif, manqan, B6 vitamini, kalium və omeqa-3 yağ turşuları ehtiva edir. 100 qramı 24 kaloridir. 150 qram ağ kələm gündəlik K vitamini ehtiyacının 91,7 faizini, C vitamini ehtiyacının isə 50,3 faizini qarşılayır.
Kələm ilə şorba hazırlaya bilərsiniz. Borş ən faydalı xörəklərdən biridir. Həftədə bir dəfə borş bişirə bilərsiniz.
Çiy halda salatlara əlavə etmək də kələmdən faydalanmaq üçün yaxşı üsuldur. 

Xiyar
Bu tərəvəzin 95 faizi sudur.
Ona görə də nə qədər yesəniz də sizi kökəltməz.
Orqanizmin gündəlik olaraq ehtiyac duyduğu vitaminlərin çoxu xiyarda var.
Səhər yeməyində pomidorla birlikdə yemək olar.
Bütün salatlara əlavə edə bilərsiniz. 

Yaşıl bibər
C vitamini, lif və antioksidantlarla zəngin olan yaşıl bibər ideal kiloda qalmaq üçün ən uyğun tərəvəzlərdən biridir.
Yaşıl bibərdən dadlı salatlar hazırlaya bilərsiniz. 

Gül kələm
Gül kələm C vitamini mənbəyidir. Xərçəngə qarşı təsirlidir.
Gül kələmi qarında şişkinliyə və qaza səbəb ola biləcəyi üçün onu ədviyyatlarla dadlandırıb yemək lazımdır.
Sarımsaq, cirə, zəncəfil ilə birlikdə yemək məsləhətdir. 

Qulançar
K, B, C və A vitamini baxımından zəngindir. Həmçinin lif, mis, fosfor, kalium və zülal qaynağıdır.
Qulançarı ət yeməkləri ilə birgə və ya sadəcə qızardaraq bilərsiniz. Ancaq çiy halda yemək daha yaxşıdır.
Bu tərəvəzin kalorisi az olsa da, çox su ehtiva etmir. Ona görə də digər kökəltməyən tərəvəzlərdən fərqli olaraq daha doyumludur, uzun müddət tox saxlayır. 

Kahı
Kahının demək olar ki, kalorisi yoxdur. Onun böyük qismi sudan ibarətdir.
Salatlarda istifadə edə bilərsiniz. 

Pərpətöyün
Bu tərəvəzin kalorisi az olsa da, bol miqdarda omeqa-3 yağ turşusu ehtiva edir.
Ən faydalı tərəvəzlərdən biri olan pərpətöyündən kükü hazırlaya bilərsiniz. Çiy pərpətöyünün üzərinə qatıq, xardal, sirkə, qaynadılmış mərcimək əlavə edib salat hazırlamaq da olar. 

Kərəviz
A, B, E və C vitaminləri və fosfor, sink, mis mineralları ehtiva edir. Tərkibində kalsium, zülal və dəmir var.
Kərəvizdən tərəvəz yeməyi bişirə, çiy olaraq salatlarda istifadə edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri