Gün ərzində tez-tez acır və çox yeməyinizə baxmayaraq, özünüzü tox hiss etmirsinizsə, bu yazımızı mütləq oxuyun.
Moruq
İştahkəsən
ən təsirli meyvələrdən biridir. 100 qram moruqda 9 qram lif var.
Üstəlik, sadəcə 80 kaloridir. C vitamini, manqan, kaliumla zəngin olan
moruq ürək xəstəliklərindən qorunmaq, iflic və infarkt riskini azaltmaq,
xərçəngə qarşı mübarizə aparmaq üçün ən yaxşı vasitədir. Moruğu meyvə
salatlarına əlavə edərək yeyə bilərsiniz. Həmçinin, yağsız qatıq və
yulafla qarışdırıb səhər yeməklərində və ya qəlyanaltı zamanı yemək
olar.
Su yosunu
Asiyada
yüz illərdir ki, istifadə edilən su yosunu artıq sizin də qida
menyunuzun tərkib hissəsinə çevrilməlidir. Çünki su yosunu iştahanı
azaldır və arıqlamağa kömək edir. Bununla yanaşı sağlamlıq üçün çox
yararlıdır. Zülal və lif anbarı olan su yosunu həzmi yavaşladır, qanda
şəkərin səviyyəsini sabitləşdirir, aclıq hissini aradan qaldırır.
Fıstıq
Elə
bilirsiz ki, çərəzlər insanı kökəldir? Əslində, haqlısınız, qoz, fındıq
kimi çərəzlərin tərkibində həddən artıq yağ və kalori var. Çox yedikdə
kökəlməyə səbəb ola bilərlər. Ancaq fıstıq onlardan tamamilə fərqlənir.
Araşdırmalar göstərib ki, fıstığın tərkibindəki yağlar orqanizm üçün
faydalıdır və kökəlməyə səbəb olmur. Ancaq bu qovrulmuş və duzlanmış
fıstıqlar üçün keçərli deyil. Fıstığı qatıq və yulafla qarışdırıb
yesəniz, daha tez effekt verər.
Paxlalı bitkilər
Mərci,
noxud, paxla, lobya kimi paxlalı bitkilər lif və zülalla zəngindirlər.
Ona görə də iştahı azaldır və aclıq hissini aradan qaldırırlar. "Journal
of Human Nutrition and Dietetics” adlı dərgidə yayımlanan araşdırma
göstərib ki, qida menyusunda lobyaya üstünlük verən kök insanlar 16
həftə ərzində 5 kiloqram arıqlayıblar. Üstəlik, onlarda xolesterinin
səviyyəsi aşağı düşüb.
Başqa
bir araşdırma isə göstərib ki, bir boşqab lobya və ya mərci salatı
yeyənlər lifsiz qidalar yeyənlərlə müqayisədə özlərini daha tox hiss
edirlər. Paxlalı bitkiləri yeməklərə, salatlara, şorbalara əlavə etmək
olar.
Yumurta
"European
Journal of Clinical Nutrition” adlı jurnalda nəticələri dərc olunan bir
araşdırma isə sübut edib ki, səhər yeməyində eyni kaloridə olan digər
qidaların əvəzinə yumurta yeyənlər gün ərzində daha az acırlar. Onlar
həmişəkindən 438 kalori az qəbul edirlər. Buna rəğmən, xolesterinin
səviyyəsinin qalxmaması üçün gündə bir ədəddən artıq yumurta yemək
məsləhət deyil.