Bu qidalar ürəyi məhv edir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3271
Səs ver:
(səs: 3)
Bəzi qidaların çoxlu miqdarlarda qəbulu ürəyin və damarların sağlamlığına çox mənfi təsir edir. Bu qidalar arasında:
- İstənilən marqarin, spred və s. kimi "yağlar". Onları həmçinin trans-yağlar adlandırırlar. Məhz bu yağlar qanda "pis" xolesterinin artmasına və bu xolesterinin damarlarn divarlarında yığılmasına səbəb olur. Damarlarda yığılan xolesterin damarları daraldır, onların elastikliyini pozur. Bu isə gələcəkdə infark və insultun inkişafına təkan verə bilər.
Bu səbəbdən həkimlər marqarin və buna oxşar "yağlardan" imtina etməyi tövsiyə edirlər.
Nəzərinizə çatdıraq ki,  dükanlarda satılan hazır tort, pirojna, peçenye, vafli və s. bu kimi məhsulların tərkibinə də ucuz trans-yağlar daxildir.
- Kolbasa və sosis məmulatları. Bu məhsullar da qanda xolesterinin səviyyəsini qaldırır.
- Qırmızı ət (mal, qoyun). Az miqdarlarda qəbul olunduqda qırmız ət orqanizm üçün çox faydalıdır. Lakin çoxlu miqdarlarda yağlı qırmızı ətin qəbulu ürəyin sağlamlığına ziyan vurur. Alimlər qırmızı əti həftədə 2-3 dəfə yeməyi tövsiyə edirlər. Heyvanların beyini, böyrəkləri, qara ciyəri də qanda xolesterinin səviyyəsini qaldırır. Bu səbəbdən bu məhsulları da tez-tez yemək olmaz.
Toyuq diyetik məhsul sayılır. Lakin toyuğun dərisini yemək olmaz.
- Şəkər, şirniyyatlar. Bu məhsulların çoxlu miqdarlarda qəbulu qanda insulinin səviyyəsinin qalxmasına səbəb olur. İnsulinin qalxması isə öz növbəsində qanda xolesterinin qalxmasına səbəb olur.
- Yağlı süd məhsulları (yağlı xama, qaymaq və s.). Bu məhsulların çoxlu miqdarda qəbulu da ürəyin sağlamlığına ziyan vurur.
- Mayonez və digər yağlı souslar.
- Duz orqanizm üçün çox vacib maddədir. Lakin duzlu qidaların çoxlu miqdarda qəbulu ürəyin sağlamlığı üçün ziyanlıdır.
- Fast-fud qidaları (qamburger, kartof-fri, cips və s.) həm duz, həm də yağlarla zəngindir ki, bu da ürək və damar sağlamlığı üçün ziyanlıdır.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3271
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1274
Xəbər sayı: 0
PandamR
Harda ziyanlı şey var yeyirəm. Düzdü coxundan gündəlik istifadə edirik.
Qədərində istifadə etsək məncə yaxşı olar.
4 noyabr 2020 10:52
8
Güvənsizlik yıxdı bizi:(
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Qeyd olunan qidaların hamısından demək olar ki, gündəlik istifadə edirik,sadəcə miqdarında yesək ,problemdə yaşamarıq))
27 fevral 2016 23:14
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 12314
Xəbər sayı: 0
tatyana
Teesufler olsunku haminin hemise istifade etdiyi qidalardi yazilanin coxu amma coxx zererli oldugunuda hamimiz bilirik,men coxsuna diqqet edirem misalcun marqarin istifade etmirem,toyigun derisini butovlukle cixarib atiram ve s.
27 fevral 2016 10:21
6
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 72556
Xəbər sayı: 1
vipbetul
ziyanli qidalarida biz insanlar xosluyuruq
26 fevral 2016 21:19
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
Istifadə etdiyim zamanlar olur, hər nə qədər ziyanlı olduğunu bilsəkdə istifadə etməyə davam edirik. Daha çox evdə hazırlanmış yeməklərə üstünlük verirəm.
26 fevral 2016 19:25
4
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 5652
Xəbər sayı: 13
ayka95
burda yazilanlarin coxundan istifade edirem
26 fevral 2016 16:35
3
Şərh sayı: 18374
Xəbər sayı: 1303
Fialka
Faydalı məlumatdır qeyd edilən qidaların bəzisindən istifadə etmirəm amma hər qəbul edilən qida normadan artıq qəbul edilərsə təbiidir ki, orqanizm üçün zərərlidir.
26 fevral 2016 14:36
2
Şərh sayı: 81395
Xəbər sayı: 30
BARBI
Yazilmis qidalardan mumkun qeder az istifade edirem. Cox zererlidir. Zererli olsada heyatimizin ayrilmaz hisseleridir
26 fevral 2016 14:30
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri