Sadə və kakaolu dondurma daha etibarlıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 885
Səs ver:
(səs: 1)
Mütəxəssislər sadə və kakaolu dondurmaların sintetik boyalar baxımından daha etibarlı olduğunu qeyd edib. 

Süleyman Demirel Universiteti (SDU) Tibb fakültəsi tibbi biokimya fundamental elm sahəsi üzrə rəhbər, prof. dr. Fatih Gültekin tərkibində naməlum rəngləndiricilərdən istifadə olunan meyvəli dondurmalar əvəzinə sadə və ya kakaolu dondurmalara üstünlük verilməsini tövsiyə edib. O, verdiyi açıqlamada yay mövsümündə çox yeyilən dondurmalara tələbin ortaya qoyulan çeşidlərlə daha da artılımağa çalışıldığını söyləyib. 

Dondurmanın əsas tərkib hissəsinin süd, səhləb və şəkər tozu olduğunu qeyd edən Gültekin bu şəkildə hazırlanan dondurmanın sağlamlığa faydası olduğunu bildirib. 

Ticarət məqsədilə istehsal olunan dondurmalarda isə sağlamlıq baxımından narahatlıq yaradacaq qatqı maddələrinin ola biləcəyinə diqqət çəkərək bunlardan birinin də meyvəli dondurmalarda istifadə olunan rəngləndiricilər olduğunu nəzərə çatdırıb. 

Təbii rəngləndiricilərin riks yaratmadığını, lakin sintetikanın insan sağlamlığı üçün mənfi təsirlərinin olduğunu vurğulayan Gültekin bu barədə fikrini belə bildirib: "Məsələn, limonlu dondurma alırsınız. Əgər rəngi sapsarıdırsa, onun tərkibində boyadan istifadə olunduğu bəllidir. Çünki limonu qatdığınız zaman rəngi ağdan çox yüngül şəkildə sarıya dəyişə bilər, amma sapsarı ola bilməz. Burada istifadə olunan sintetik rəngləndirici isə çox ziyanlıdır. Belə ki, sintetik rəngləndiricilərdən bir qismi DNT-yə ziyan vurur, bir qismi allergik xəstəliklərə yol açır, bəziləri isə xərçəng riskini artırma potensialına malikdir. Həmçinin hiperaktivliyi də artırır. Əgər övladınız hiperaktivdirsə, onda xüsusilə bu boyalardan uzaq durmanız lazımdır”. 

Meyvəli dondurmanın tərkibində sintetik rəngləndiricinin olmadığından əmin olunmalıdır. Limonlu dondurma almaq istəyirsinizsə, onun rəngi ağ olmalıdır və ya azacıq sarıya çala bilər. 

Çiyələkli dondurma yüngül çəhrayı olmalıdır. Əgər bunu aydınlaşdıra bilmirsinizsə, onda sadəcə olaraq kakaolu və ya sadə dondurma almaq məsləhətdir.. 

Açıq dondurma alındığı zaman onun tərkibində hansı rəngləndiricidən istifadə olunduğunun soruşulması önəmlidir. Paketdə dondurma alındıqda isə paketin üzərindəki məlumatlara diqqət edilməlidir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 885
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri