Ürək üçün ən faydalı 14 məhsul

Müəllif: Antikvar
Şərhlər: 13
Baxılıb: 1368
Paylaş:
Səs ver:
(səs: 2)
1. Nar ürək xəstəliklərinə qarşı ən yaxşı vasitə sayılır. Narın tərkibində olan faydalı maddələr qanda xolesterini azaldır, qan dövranı yaxşılaşdırır, aterosklerozun qarşısını alır, qanı duruldur.
Təbii nar şirəsinin müntəzəm qəbulu ürək-damar sistemi xəstəliklərinin və prostat vəzi xərçənginin riskini xeyli azaldır.
2. Avokado əvəzsiz yağlı turşularla zəngindir. Bu turşular ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Məhz bu turşuların orqanizmdə defisiti xolesterinin mübadiləsinin pozulmasına və aterosklerozun inkişafına səbəb olur.
Avokado kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir - orqanizmdən artıq maye çıxardır, ödemləri azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
Avokado hipertoniyadan əziyyət çəkənlər üçün çox faydalıdır, arterial təzyiqinin normallaşmasına kömək edir.
Avokado normal qanyaratma və qan dövranı üçün vacib olan bir çox maddalərlə zəngindir: mis, dəmir, C, B2, B6, E vitaminləri.
Avokado orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, "yaxşı" xolesterinin səviyyəsini qaldırır.
Avokadonun tərkibində olan xüsusi fermentlər ürək əzələsini qoruyur.
Ürəyin sağlamlığı üçün avokadonu yalnız çiy şəkildə yemək lazımdır.
3. Qreypfrut sellüloz və qlikozidlərlə zəngindir.
Qlikozidlər ürəyin fəaliyyətini yaxşılaşdırır, aterosklerozun inkişafının qarşısını alır.
Qreypfrutun tərkibində olan P və C vitaminləri qan damarlarını möhkəmləndirir.
Qreypfrut arterial təzyiqini və qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.
4. Alma dəmir, kalium kimi minerallar, sellüloz, pektinlərlə zəngindir. Alma ürək xəstəliklərinin riskini azaldır, qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqinin tənzimlənməsinə kömək edir, ürək əzələsini möhkəmləndirir.
5. Kətan toxumları və kətan yağı Omeqa-3 yağlı turşularla zəngindir. Bu maddə qanda xolesterini azaldır və qan damarlarında trombların əmələ gəlməsinin qarşısını alır.
Kətan toxumunu salatlara, sıyıqlara, kəsmiyə əlavə etmək olar.
6. Yarmalar (yulaf yarması, qarabaşaq, darı yarması və s.) "pis" xolesterinlə mübarizə aparır, ateroskleroz və ürəyin işemik xəstəliyinin riskini azaldır.
7. Lobya, mərci sellüloz və kalium mineralı ilə zəngindir.
Həmçinin bu məhsullar flavonoidlərlə zəngindir ki, bu maddələr arterial hipertenziyanın profilaktikası sayılır.
8. Balqabaq beta-karotin, C vitamini və kaliumlə zəngindir. Bu maddələr aterosklerozla mübarizə etməyə kömək edir, arterial təzyiqini aşağı salır.
9. Sübut olunub ki, sarımsağın müntəzəm qəbulu arterial təzyiqini aşağı salır.
10. Balıq Omeqa-3 yağlı turşularla zəngindir. Balığın müntəzəm qəbulu (həftədə 2-3 dəfə) arterial təzyiqinin aşağı salmasına kömək edir, pis xolesterini azaldır, qanı duruldur, miokard infarktın riskini azaldır.
Losos, forel, skumbriya, tunes, sardina kimi balıqlar xüsusilə xeyirlidir.
11. Brokkoli kələmi vitaminlər və minerallarla zəngindir. Kalium və maqnezium kimi minerallar ürək üçün xüsusilə vacibdir.
12. Göbələklərin tərkibində "erqotianin" adında xüsusi maddə var ki, bu maddə orqanizmdə olan sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar orqanizmdə "yaxşı" xolesterini "pis" xolesterinə çevirir. Pis xolesterinin orqanizmdə yığılması isə aterosklerozun və ürək xəstəliklərinin inkişafına səbəb olur.
13. Qara (acı) şokolad (kakao - 70%-dən az olmayaraq) ürək-damar sistemini möhkəmləndirir, arterial təzyiqini və xolesterini aşağı salır.
14. Qoz və badam Omeqa-3 yağlı turşularla zəngindir

loading...
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 1368
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
bezileri qidamizda ya yoxdu yada azliq teskil edir amma coxda faydalidilar
18 aprel 2016 21:14
13
Offline
Dosta_inam
Faydalı məlumatdır, bacardığım qədər bütün meyvə - tərəvəzlərdən yeyirəm.
13 mart 2016 19:02
12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
tatyana
Hamisi cox sevdiyim praduktlar,yalniz avakadonu sevmirem,birde ketan toxumu nedir bilmirem
12 mart 2016 22:57
11
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
1205
Allahin butun nemetleri faydalidi,gözeldi
12 mart 2016 22:39
10
Offline
Menim balam
meyvə tereve mehsllari insan orqanizismsi ucun cox xeyirlidir
12 mart 2016 22:03
9
Offline
NURANE
Men bunlardan calisdiqca cox yeyirem bilirem ki faydalidilar indi lap aciq aydin oldu ki hansi nov yediklerimiz neye xeyirlidir twk
12 mart 2016 17:27
8
1) Ağıllı insanlar başqalarının təcrübələrindən yararlanarlar,inadçı insanlarsa hər şeyi özləri etmək istəyərlər.(John Lubbock)
Offline
vipbetul
lazimli melumatdir
12 mart 2016 17:04
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Mövsümünə uyğun meyvələrdən istifadə edirəm faydalı məlumatdır təşəkkür.
12 mart 2016 16:45
6
Offline
Barbaris
yazdiqlardan coxunu istifade edirem cox sagolun
12 mart 2016 12:03
5
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
qanadli melek
Yazilanlarin hamisinan olmasada istifade etdiklerim var
12 mart 2016 10:38
4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Bu mehsullarin icinde en cox yediyim nar ve lobyadir. Diger qidalari arada qebul edirem..
12 mart 2016 10:17
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
Totu
Xebere gore tesekkurler
12 mart 2016 09:37
2
Offline
arzum-aysum
o xarici avocado ve qreyfurtdan başqa yazilanlarin her birindən istifadə edirəm, bir tek ketan toxumu istifadə etməmişəm hec vaxt, brokkoli de demək olar ki, az az, sadece turşusunu sevirem
12 mart 2016 09:29
1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv