Böyrək
bədəndə bir çox funksiyaları yerinə yetirən əsas orqanlardan biridir.
Böyrəklərin sağlamlığını qorumaq üçün təbii qidaların gücündən
faydalanmaq lazımdır. Böyrəyə faydalı olan qidaları yeməklə
xəstəliklərin qarşısını almaq, böyrəklərin işini daha yaxşı təmin etmək
olar. Aile.lent.az böyrək sağlamlığına faydalı olan qidaları təqdim
edir.
1. Qatıq
Kalsium
və D vitamini baxımından zəngin olan qatıq böyrək sağlamlığında mühüm
rol oynayan qidalardan biridir. Xüsusilə yemək aralarında yeyilən
qatığın böyrək sistemini tənzimləyən və işinə kömək edən təsiri
mövcuddur. Təzə meyvə və ya tərəvəzlərlə qarışdırılaraq yeyilən qatıq
meyvələrin C vitamini və mineral təsirləriylə birləşərək böyrək
funksiyalarına müsbət təsir edir.
2. Balqabaq tumu
Sik
və dəmir mineralları ilə zəngin olan balqabaq tumu Omeqa 3 təsiri
baxımından böyrək xəstəliklərində olduqca faydalıdır. Şəkər tarazlayıcı
və böyrək sistemlərini təmizləyici funksiyanı yerinə yetirir. Bununla
yanaşı, immunitet sistemini gücləndirən və depressiya, xroniki halsızlıq
kimi mənfi hallara müsbət təsir edən daha bir xüsusiyyəti mövcuddur.
3. Balqabaq
Balqabaq
xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır.
Balqabağın tərkibində olan kalsium böyrək daşının meydana gəlməsinin
qarşısını alır.
4. Alma
Əsasən
qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir və bir çox
başqa xəstəliklərə tutulmamaq üçün qoruyucu vəzifəni yerinə yetirir.
Alma böyrəyi təmizləyir və lif tərkibi ilə süzmə əməliyyatını ən yaxşı
formada reallaşdırır. Gündə bir orta ölçülü alma yemək böyrək sağlamlığı
üçün əhəmiyyətlidir.
5. Cəfəri
C
vitamini təsiri yüksək olan cəfəri tərkibində olan vitamin və
minerallarla böyrəkləri təmizləmə və işinə dəstək olma baxımından
əvəzsizdir. Tərkibində su olan cəfəri hər səhər yeməyində çiy formada
yeyildikdə dəmirin sorulmasına kömək olur. Cəfərinin enerji verici və
lif təsiri yüksəkdir. Bununla yanaşı, mərkəzi sinir sisteminə də müsbət
təsirləri mövcuddur.
6. Gavalı
Bədəndə
dəmirin sorulmasına kömək olan gavalı A, B, C vitaminləri baxımından
olduqca zəngindir. Böyrək başda olmaqla, ürək və xolesterol
xəstəliklərinə da yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir
və eyni zamanda əvəzedilməz antioksidantdır.
7. Somon balığı
Omega
3 tərkibli balıq qrupları böyrək xəstəliklərini müalicə edən gücə
malikdir. Tərkibində xəstəliklərdən qoruyan və böyrəyin rahat formada
bütün funksiyaları reallaşdırması üçün lazım olan bütün minerallar var.
Sink və dəmir tərkibi böyrəklərin işləməsinə və xəstəliklərin
yaranmasının qarşısını almağa yardım edir.
8. Düyü
Düyü
böyrək xəstəlikləri nəticəsində itirilən kalorilərin bərpası və
xəstəliyin inkişafının qarşısının alınması, insanın həyat keyfiyyətinin
artması baxımından olduqca əhəmiyyətlidir. Düyü şəkər xəstəliklərində
diqqətli yeyilməlidir. Yüksək şəkəri olan böyrək xəstələrində xəstəliyi
mənfi istiqamətdə dəyişdirə bilər. Lakin şəkər normada olduğu zaman düyü
böyrəklərə müsbət təsir edir və müalicəsinə kömək olur.