Bu
icadın əsas məqsədi kasıb əhalini ucuz \\\"yağla\\\" təmin etmək idi. O
vaxtlar marqarinin orqanizmə olan ziyanı haqqında heç kim
fikirləşmirdi, əsas məqsəd insanları bir təhər doydurmaq idi.
Müasir
cəmiyyətdə üstünlük sağlam təbii qidalanmaya verilir. Marqarinin isə
sağlam və təbii qidalanma ilə heç bir əlaqəsi yoxdur.
Marqarin
ən ucuz bitki yağlardan hazırlanır. Hazırlanma zamanı duru yağlar
xüsusilə emal olunur ki, nəticədə onlar kərə yağına oxşar konsistenisya
alır. Bu kimyəvi reaksiyalar nəticəsində ziyanı bütün dünyada təsdiq
olunmuş trans-piylər əmələ gəlir. Bu trans-piylərin daim qəbulu
orqanizmin ürək-damar, sinir, immun, cinsiyyət sistemlərinə, mübadilə
proseslərinə çox mənfi təsir edir, şəkərli diabetin və hətta onkoloji
xəstəliklərin inkişafının riskini artırır. Trans-piylər orqanizmə
hüceyrə səviyyəsində mənfi təsir edir, həzm sisteminin fəaliyyətini
pozur, qanda xolesterinin səviyyəsini qaldırır. Trans-piylərin daim
qəbulu artıq çəkinin yığılmasına səbəb olur.
Belə hesab olunur ki, uzun müddət və çoxlu miqdarda marqarin qəbul edən kişilərdə spermanın keyfiyyəti düşür, potensiya azalır.
Həmçinin
xoş iy və xarici görünüş vermək və saxlanma müddətini artırmaq üçün
marqarinə xüsusi kimyəvi maddələr əlavə olunur ki, bu maddələr də
insanın sağlamlığına ziyan vurur.
Nəzərinizə
çatdıraq ki, marqarin \\\"fast-food\\\" qidaların, dükanlarda satılan
müxtəlif peçenyelərin, vaflilərin, tortların, pirojnaların, dondurmanın,
ucuz şokoladın və s. məhsulların hazırlanmasında istifadə olunur. Bu
məhsulları tez-tez və çoxlu miqdarda yemək olmaz.
Marqarin
uşaqlara böyüklərlə müqayisədə daha ziyanlıdır. Bu səbəbdən uşaqlar
üçün qidalar, şirniyyatlar və s. hazırladıqda marqarindən istifadə etmək
olmaz.