Hər gün 1 yumurta yeyin, həyatınız fərqli olsun

Şərhlər: 4
Baxılıb: 3 067
Səs ver:
(səs: 2)
Həmişə eşitmişik ki, yumurta qaraciyər üçün ağır qidadır və xolesterolla zəngindir. Bu onun sadəcə zərərli tərəfi haqqında mülahizələrdir. Amma müasir dietoloqlar yumurtanı tamamilə qida rasionundan çıxarmamağı tövsiyyə edirlər. Sadəcə şəkərli diabeti və allergiyası olan insanlar özlərini qorumalıdırlar. Hətta dietoloqlar məsləhət görürlər ki, hər gün 1 ədəd yumurta yeyilməlidir. Bəs gündə 1 ədəd yumurta yeməyin nə faydaları var? Bu haqda yazının davamında.

Yumurta həzm sisteminin fəaliyyətini asanlaşdırır
Yumurta ağının 98%-i orqanizm tərəfindən həzm olunur. Bu yeni hüceyrələr üçün yaxşı "tikinti” materialıdır. Yumurta əzələlərin inkişafı üçün əla qidadır. Gündə 1 ədəd yumurta yesəniz bu, sizə çəki atmağınıza da kömək edər. Yumurtanın ağ hissəsi insanda sürətli doyma hissi verir və maddələr mübadiləsini yaxşılaşdırır. Onu xüsusilə də, səhər yeməyində yemək faydalıdır. Bu zaman yediyiniz 1 ədəd yumurta sizin aclıq hormonunuzu nəzarətdə saxlayacaq, gec acacaqsınız, az yemək istəyəcəksiniz və eyni zamanda da özünüzü gümrah hiss edəcəksiniz.

Yumurta vitaminlərlə zəngindir
Yumurta özündə faydalı vitaminləri birləşdirib. Bir ədəd yumurtada A vitamini – 5% (gündəlik norma) və D vitamini – 10% (gündəlik norma) olur. Fosfor, dəmir, sink, yod, retinol, riboflavin, 
- bütün bu minerallar yumurtanın tərkibində var. Hər gün 1 ədəd yumurta yesəniz göz sağlamlığınızdan şikayətiniz olmaz.

Yumurta osteoporozdan qoruyur
Qaynadılmış yumurta sümüklər üçün yaxşı zəmanətdir. Qırılmağa meyilli, kövrək sümük problemi xüsusilə 40 yaşlı qadınlarda daha çox rast gəlinir. Buna görə də gündə 1 ədəd yumurta yemək gələcəyinizi zəmanət altına almaq deməkdir. 

Yumurta beyni gücləndirir
Yumurtanın tərkibindəki kolin maddəsi beyni gücləndirən super qidadır. O yaddaşın güclənməsinə, yaradıcı düşüncənin inkişafına və sürətli şəkildə reaksiya verməyə kömək edir. Bu elm adamları üçün çox faydalıdır. Əgər uşaqda 3 yaşından sonra allergiya yoxdursa, mütləq ona gün ərzində 1 ədəd yumurta verin. Bu onun beynini inkişaf etdirməyə kömək edəcək.

Yumurta ateroskleroz riskini azaldır
Yumurtanın tərkibindəki fosfatitlər qan tərkibindəki  aterosklerotik hüceyrələrin yaranmamasına şərait yaradır. Gündə kərə və zeytun yağında bişirilməmiş yumurta yemək çox faydalıdır. Bu səni qaraciyərlə bağlı problemdən 100% qoruyacaq.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri