Qaraciyəri qoruyan qidalar

Müəllif: guler19
Şərhlər: 6
Baxılıb: 791
Paylaş:
Səs ver:
(səs: 1)
Mütəxəssislər qaraciyər sağlamlığının qorunmasında istehlak edilən qidalara diqqət etməyi tövsiyə edirlər. 

Türkiyəli həkim Fevzi Özgönülün sözlərinə görə, alma, ənginar və yerkökü kimi qidalar qaraciyəri yeniləyir. 

Spirt istifadəsi və həddindən artıq yağlı yeməklər qaraciyər xəstəliklərinə yol açır. Köklüklə bağlı müxtəlif araşdırmalar aparan həkim Fevzi Özgönül qaraciyər sağlamlığını qoruyan 
qidalar haqqında məlumat verib. Qaraciyər sağlamlığında istehlak edilən qidaların əhəmiyyətini izah edən Özgönül spirt, siqaret və həddindən artıq yağlı yeməklərin istehlakını dayandırmağın lazım olduğunu bildirib. Türkiyə mətbuatı xəbər verir ki, düzgün qidalanan zaman meyvə və tərəvəzlərin tərkibindəki antioksidantlar qaraciyəri qorumağı öz öhdəsinə götürüb, təmizləyir. 

Qaraciyər sağlamlığında ilk addım istehlak edilən qidaların diqqətlə seçilməsidir. Həmçinin balanslı qidalanma proqramına əməl edilməlidir. Doğru yeməklər antioksidant təsirləri ilə 
qaraciyəri təmizləyir və qoruyur. Ən böyük orqanlardan biri olan qaraciyərin qidalarla birlikdə alınan vitamin və mineralların sorulması, bədəndəki zərərli maddələrin təmizlənməsi kimi əhəmiyyətli vəzifələri var. Müntəzəm spirt istifadəsi və həddindən artıq yağlı qidaların istehlakı qaraciyər yağlanması, hepatit və qaraciyərin sirrozu kimi qaraciyər xəstəliklərinə yol açır. 

Bəs qaraciyəri qoruyan qidalar hansılar? 

Həkim Fevzi Özgönül qaraciyəri qoruyan qidaları sadalayaraq bu bəyanatlar verib: alma yüksək tərkibli liflərdən ibarətdir və həzm sistemindəki toksinlərin atılmasına dəstək olur. Beləliklə, qaraciyərin işini asanlaşdırır. Qaraciyərin qorunmasında sarımsağın da xüsusi bir yeri var. Sarımsaq qaraciyər maddələrini aktivləşdirərək toksinlərin orqanizmdən atılmasına dəstək olur. Qırmızı çuğundur və yerkökü isə qaraciyər funksiyalarının yaxşılaşmasını təmin edir. Eyni şəkildə ənginar da qaraciyər hüceyrələrinin bərpasına dəstək olur və yağlanmasına mane olur.

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 791
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
faydali melumatdir
17 aprel 2016 01:10
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Menim balam
mendə cox yagli yemək bisirmirəm . zeytun yagindan istifadə edirəm.
16 aprel 2016 13:08
5
Offline
Totu
Xebere gore tesekkürler
16 aprel 2016 09:39
4
Offline
Miss_Oxatan
cox yagli yemirem onsuzda.esas qoyun etidir onu hec vaxt almiriq.bawqa yemek biwirende de yag cox atmiram.iyrenirem yagli olanda esasda duru yemekler
16 aprel 2016 08:51
3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
BARBI
Demek olarki yazilan qidalarin hamisinnan istifade edirem. Orqanlarimiz deyerlidir onlari qoruyaq
16 aprel 2016 08:43
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Aybə
Mənim qanım azdı qızıəhməd alması,kök və çuğundur soku içdim başım gicəlirdi düzəldi düzəldi ama qan azdığımın səbəbin bilmirəm yəqinki qaraciyərlə aiddi.Ama qaraciyərim ağrımır.
16 aprel 2016 08:41
1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook