Sağlam qidalanmanın əsas qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 007
Səs ver:
(səs: 2)
Bir çox insanlar artıq çəkidən azad olmaq istəyir. Bəzilərinin buna həqiqətən də ehtiyacı var, digərləri isə sadəcə arıqlamalı olduqlarını düşünür. Hər iki qrup sağlam pəhrizə riayət etməlidir. Və hətta Sizin arıqlamağa ehtiyacınız olmasa belə, sağlam qidalanmanın əsas qaydalarını bilməlisiniz. 

Xoşladığınız hər məhsulu yeyə bilərsiniz. Yetər ki, rasionunuzda spirtli içkilər, şəkər, ədviyyat, çips, acı souslar, qızardılmış yeməklər, sosislər, ağ undan hazırlanmış məhsullar, və konservant tərkibli digər qida məhsullarının miqdarını azaldasınız. 

Sağlam qidalanmanın əsas qaydaları aşağıdakılardır: 
* Zərərli məhsulları faydalı məhsullarla əvəz edin. Məsələn, şəkəri – bal ilə, kolbasanı - ət ilə. 

* Həddən artıq çox yeməyin. Mədəni yeməklə yükləmək olmaz. Yalnız aclıq hiss edəndə yemək yeyin. 

* Qidanı əsaslı surətdə, tələsmədən çeynəyin. 

* Gündəlik qidalanmanın ideal proporsiyası: rasionun 3/5 hissəsini karbohidratlar, 1/5 hissəsini piylər, 1/5 hissəsini isə zülal təşkil etməlidir. 

* Meyvələri yeməkdən ayrı qəbul edin. 

* Salatları və əsas yeməklərin hazırlanmasında yalnız bitki yağlarından istifadə edin. 

* Qidanın qaynadılması və ya pörtülməsi zamanı piylərdən istifadə etməyin. 

* Qızardılmış yeməklərdənsə sobada bişirilmiş və ya suda qaynadılmış qidalara üstünlük verin. 

* Çalışın zülalları nişasta ilə, nişastanı piylərlə, piyləri zülallarla, və s. Qarışdırmayasınız. 

* Yemək yediyiniz zaman və ya dərhal yeməkdən sonra maye qəbul etməyin – bu, yeməyin həzminə mane olur.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri