Yuxu üçün qidalar: yaxşı yuxu üçün nə yeməli?

Şərhlər: 3
Baxılıb: 2 767
Səs ver:
(səs: 2)
Əlbəttə ki, yatmamışdan əvvəl nəsə yeməmək daha yaxşıdır. Amma yenə də yemək istəsən, o zaman düzgün qidalar seç ki, tez və yaxşı "yuxuya gedəsən”. Bəs onlar hansı qidalardır? 

1. Banan – digər meyvələrə nisbətən daha çox iştahanı yatırdır. Baxmayaraq ki, yüksək kalorilidir amma yatmamışdan əvvəl sendviçdən daha yaxşıdır. İkincisi isə onun tərkibində çoxlu miqdarda kalsium var ki, bu da əzələ əmələ gəlməsinə kömək edir. Üçüncüsü isə banan beyni rahatladaraq, fəaliyyətini yaxşılaşdırır.
2. Yulaf - ən yaxşı səhər yeməyidir ki, onu axşam da yemək olar. O sinir sisteminə müsbət təsir edir. Yulaf sıyığına banan püresi əlavə etdikdə daha da faydalı olar.
3. Qaynadılmış yumurta - əgər gecə acıb oyanırsansa qaynadılmış yumurta yemək yaxşıdır. Çünki yumurta zülalla zəngindir. Əgər yatmamışdan əvvəl yeməyə nəsə axtarırsansa yumurta yaxşı seçimdir.
4. Badam  - tərkibindəki maqnizum toxluq verməklə yanaşı tez yuxulamağa kömək edir. Keyfiyyətli bonusu da faydalı yağları özündə birləşdirməsidir.
5. Tonbalığı – gecəni yaxşı yatmağa kömək edəcək və əlavə kaloriləri əridən qidadır. Onu bir dilim kəpəkli çörək və xiyar ilə yemək daha yaxşıdır. 
Bu qidalardan əlavə gecə yatmamışdan əvvəl içilə bilən xüsusi çaylar da var. Yuxuya yaxşı kömək edən içkilərin başında bitki çayları durur. Əgər səni yuxusuzluq narahat edirsə çobanyastığı ilə kəklikotu çayı içə bilərsən.

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri