Turşu suyunun faydaları

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 177
Səs ver:
(səs: 1)
İdman sağlamlıq üçün əhəmiyyətlidir. Ancaq çox vaxt idmandan öncə və sonra əməl edilməli olan qaydalar unudulur. Bu isə idmanın orqanizmə verdiyi faydanın azalması ilə nəticələnir.
 
Mütəxəssislər bildirir ki, idmandan sonra xiyar turşusunun suyunu içmək lazımdır. Bu bədəni enerji ilə təmin edir və idman zamanı itirilən mayenin yerini tutur.
 
Araşdırmalar göstərib ki, xiyar turşusu suyu idmandan sonra baş verən əzələ ağrılarının qarşısını alır.
 
İdmandan sonra xiyar turşusu suyu içənlər adi su içənlərlə müqayisədə 37 faiz daha az əzələ spazmı ilə üzləşir. Bunu xiyar turşusunun tərkibindəki sirkə ilə əlaqələndirmək olar. Çünki sirkənin tərkibindəki turşular mədədən beyinə siqnal göndərərək spazmların qarşısını alır.
 
Xiyar turşusu suyunun faydaları bununla bitmir. Bu içki susuzluğu aradan qaldırır, tərləyərkən bədənin itirdiyi duzu geri qazandırır. Onu təkcə idmandan sonra deyil, sərxoş ikən də içmək olar. Çünki o, tez ayılmağa kömək edir, baş ağrısının qarşısını alır, spirtin səbəb olduğu su və duz itkisini önləyir.
 
Yalnız ev şəraitində hazırlanan turşunun suyunu içmək məsləhətdir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri