Mineralların əhəmiyyəti

Şərhlər: 5
Baxılıb: 2 108
Səs ver:
(səs: 1)
Orqanizmin qeyri-üzvü maddələrindən olan minerallar, bədənin sağlam olması üçün olduqca lazımdır. Onlar vitaminlərlə birlikdə qida maddələrinin təsirli bir şəkildə istifadəsini təmin edir. Beləcə, mineralların sağlam diş və sümük quruluşuna, ürəyin nizamlı və məhsuldar fəaliyyətinə, əzələ funksiyalarının bərpasına, hüceyrə qorunması və inkişafına, sinir sisteminin yaxşılaşmasına, bədəndəki su tarazlığının qorunması kimi bir çox funksiyalara köməkliyi olur. Bu səbəbdən də, insan bədəni üçün mineral və vitaminlərin əhəmiyyəti böyükdür. 
Bədənin sağlam qalması üçün ehtiyac duyulan mineral növləri çoxdur. Həmin minerallara dəmir, kalsium, maqnezium, sink, natrium, fosfor və bir çoxlarını sadalamaq olar.
Bədənin, ehtiyac duyduğu minerallar yetərli miqdarda olmadığından, mineral çatışmazlığı yaranır. Nəticədə bir çox həyati funksiyaların axsaması və ciddi sağlamlıq problemləri olur. Bu səbəbdən, mineral əskikliyindən qorunmaq üçün sağlam və balanslı qidalanmaq, yetərli maye almaq lazımdır. Mineralların lazımi miqdarda alınması vacibdir. Həm də alınan mineralların normadan çox itirilməməsi lazımdır. Mineral itkisinin əsas səbəblərinə siqaret və spirtli içkilər, sidik qovucu dərmanlar, ishal, tərləmə və s. aiddir. Bədənin maye və mineral itkisinin qarşısının alınması üçün spirtdən və siqaretdən uzaq durmalı, düzgün qidalanma və kafi maye qəbuluna diqqət göstərilməlidir. Bədənin mineral ehtiyacı hamiləlik və əmizdirmə dövründə, böyümə və inkişaf çağındakı uşaqlarda və idmançılarda daha çoxdur. 
Minerallar müəyyən bir dozadan çox alındıqda zərərlidir və müxtəlif sağlamlıq problemlərinə yol açar.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri