İnsanlığın dadlı sonu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 223
Səs ver:
(səs: 0)
İnsanlığın dadlı sonu!
Hər birimiz marketlərdən, bazarlardan alış-veriş edərkən, meyvə və tərəvəzlərin daha iri, gözəl, rəngləri ilə cəlb edənlərini almağa çalışırıq. Daha baha alırıq bu məhsulları. Xaricidir! Əladır! Süfrədə gözəl görünür!
Yerli çürük almamıza baxanda iştahamız açılmır! Amma hər parlayan qızıl deyil! Əksər xarıcı meyvə və tərəvəzin tərkibi eləcə də bir çox yerli məhsullarımızın tərkibi dəyişdirilib!
GMO!!! Tərkibində gmo olan meyvə nə deməkdir? Yani tərkibində siçan, sarança hətta insan geni olan bitki deməkdir!
Geni modifikasiya olunmuş meyvə-tərəvəzin istehsalına texminən 20 il bundan əvvəl iri kimyəvi koorparasiyalar başlayarkən Afrika kimi kasıb ölkələrin əhalisini aclıqdan qurtarmaq kimi məqsədlər səsləndiriblər. Lakin bu gün də Afrika acından ölür! Amma gmo tərkibli qidalar bütün dünya əhalisini iflic vəziyyətə salmağa başlayıb! Eybəcər doğulmuş körpələr, insan simalı heyvanlar gəlir dünyaya. Əsasən də gmo uşaqlarda autizm xəstəliyi yaradır. Beyini inkişafdan saxlayır.
Əslində belə meyvə-tərəvəzin istehsalı dünyada insanların sayını azaltmaq, kasıb təbəqəni yox etməkdir!
Cünki xaricdə gmo meyvə-tərəvəz adi şəraitdə becərilmiş meyvə-tərəvəzdən 5 dəfə ucuz satılır. Əlbəttə ki, kasıb əhaliyə sərf edir. Daim gmo qəbul edən insanlarda anlaşılmaz xəstəliklər, sonsuzluq meydana çıxır. Belə görünür ki, bir neçə nəsil sonra, dünyada kasıb təbəqə yoxa çıxacaq. Geriyə yalnız bu gün orqanik qidalanan varlı nəslin nümayəndələri qalacaq.
Bu qidalar bizim bazarlarda xaricdəkinin tam əksinə 5 dəfə baha satılır! Hər birimiz də bilərək və ya bilməyərəkdən alırıq! Xaricdə isə tam əksinə - Tam Orqanik marketlər fəaliyyət göstərir – hansılara ki, giriş bir neçə yüz dollara başa gələn biletlə heyata kecirilir.
Yagin ki, hər birimiz market paketlərimizdən çıxan üstü etiketli məhsulları xoşlayırıq, lakin onları sadəcə zibil qutusuna atmaq lazımdır, əyər çəyirtkə kimi qarşısına çıxan hər şeyi dayanmadan yeyən xəstə həşarata çevrilmək istəmiriksə!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri