Təhlükəsiz Şirniyyatlar

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 8 942
Səs ver:
(səs: 2)

 Həzz mənbəyi olan şirnisiz həyat maraqsız olur. Şirniyyat yemək olar və lazımi miqdarda.


Bədən üçün təhlükəsiz şirniyyatlar:

1. Marmelad – baxmayaraq ki, bu şirni kifayət qədər kalorilidir , o bədən quruluşunu korlamır.Demək olarki tərkibində yağ yoxdur.

2. Quru meyvə - Şirinliyinə görə istənilən konfetdən yaxşıdır,eyni zamanda bədənə " öldürücü " təsir göstərmir.Ərik,qara gavalı, kişmiş,ləbləbi – şokalad batonuna əla alternativdir. Amma onlarda da çox yemək olmaz. Gündə 50 qr.normal hesab olunur.

3. Jele və Pudinq – Siz jele və pudunq yeməklə nəinki arıq qalır, həmçinin həzmetmə sisteminizə yardım etmiş olursuz. Südlü pudinqlər isə əla kalsium mənbəyidir.

4. Acı şokalad – xərçəng və ürək – damar xəstəlikləri riskini azaldır. Südlü və ağ şokalad əvəzinə 80% kakaodan ibarət olan şokalad yeyin.

5. Bal – toxluq hissi verən diyetik ərzaqdır. Sellülit əmələ gətirmir. Çalışın şirinçayı ballı çayla əvəz edin.

Zərərli Şirniyyatlar: bunlar şəkər,karamel, şirin içkilər,tort,pirojna və konfetlərdir.


Şirniləri düzgün yeməli:

1.    Bütün şirniyyatlar günün birinci yarısında yeyilməlidir, heç vaxt onu axşama və ya gecəyə saxlamayın.

2.    Şokaladı yalnız soyuq halda yemək lazımdır.

3.    Şirniyyatı düşünərək yemək lazımdır, özünüz də hiss etmədən yesəniz sonra yenə yemək istiyəcəksiz.

 

Şəkərin gündəlik dozasını azaldın.

1.    Resept üzrə hər hansı şirniyyat hazırladıqda göstərilən şəkərin miqdarını yarıbayarı az qoyun.

2.    Şirniyyata fərqli dad vermək üçün darçın, sarıkök qatın.

3.    Şirin içkilərin əvəzinə adi qazlı su için. 

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 8 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri