Qoz-fındıq bizi bu xəstəlikdən qoruyacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 852
Səs ver:
(səs: 1)
Yoğun və düz bağırsaq xərçəngi (kolorektal xərçəng) bütün dünyada xərçəng xəstəlikləri arasında 2-ci yer tutur.
Cənubi Koreyanın Seul Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qoz-fındığın həftədə ən azı 3 dəfə qəbulu insanları bu ağır xəstəliyin inkişafından qoruya bilər.
Alimlər 3 minə yaxın sağlam və kolorektal xərçəngindən əziyyət çəkən insanların qidalanması haqqında məlumatlar toplayıblar. Məlum olub ki, sağlam insanlar xəstələrlə müqayisədə qidalanmasına tez-tez qoz-fındıq daxil edirdilər.
Alimlər həftədə 3 dəfədən az olmayaraq 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.
Bundan əvvəl müxtəlif ölkələrdə keçirilmiş araşdırmalar göstərib ki, qoz-fındıq piylənmə, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruyur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri