Gümrah görünmək ilk növbədə sağlamlıq əlamətidir. Sağlamlığa gedən yol isə sağlam həyat tərzi və düzgün qidalanmadan keçir.
Qlisemik indeksi aşağı qidalar yeyin
Qan
şəkərini sürətli yüksəldən qidalar əvəzinə qlisemik indeksi aşağı
qidalara üstünlük verin. Bu, daha sağlam bir seçim olacaq. Qan şəkərini
çox sürətli yüksəldib, çox sürətli aşağı salan sadə karbohidratlar
yerinə, qara çörək, quru paxlalı və yarma kimi qlisemik indeksi aşağı
qidalar yeyin. Qlisemik indeksi aşağı olan qidalar insulin müqavimətini
tənzimləyir, ikinci dərəcəli diabet və ürək-damar xəstəlikləri riskini
azaldır. Bundan başqa, arıqlamağa da kömək olur.
Piyada yeriməyə başlayın
Yaz
və yay ayları açıq hava piyada gəzmək üçün ən ideal zamandır. Xüsusən
də dəniz kənarında gəzmək həm xoşbəxtlik hormonu ifrazını artırır, həm
də insan bədənini formaya salır. Açıq havada yağların daha asan
parçalandığını və təmiz havanın immunitet sistemini gücləndirdiyini
unutmayın. Gündə orta hesabla 45 dəqiqəlik templi gedişlə təxminən 350
kalori yandırmaq mümkündür.
İmmuniteti gücləndirin
1
stəkan kefir, 1 çay qaşığı bal, 1 çay qaşığı zərdəçal, 10 badamı
blenderdan keçirin və yemək aralarında yeyin. Beləcə həm tox qalacaq,
həm də probiotik və sink sayəsində immunitetinizi gücləndirəcəksiniz.
Yuxu nizamını pozmayın
Gec
yatmayın, səhərlər günə erkən başlayın. Gec saatlarda yeməyin. Bu
vərdiş kortizol hormonunu azaltdığı üçün arıqlamağı çətinləşdirir.
Araşdırmalar sübut edib ki, 00.00-04.00 arasında yuxuda olmaq arıqlamağa
kömək olur. Bundan başqa, xoşbəxtlik hormonu da gecə yuxuda ifraz
edilir.
Proteinsiz olmaz
İstər
səhər yeməyi, istər ara yeməklərdə zülal tərkibi yüksək olan qidalar
qəbul edin. Həm özünüzü daha gümrah və tox hiss edərsiniz, həm də
maddələr mübadiləsini sürətləndirərsiniz. Səhər yeməyində yumurta,
yeməklərdə bir kasa qatıq, ara paylarında çərəzlər (badam, fındıq, qoz)
yeyin.
Su için
Su
içmək qanımızı təmizləyərək gümrahlıq verir. Masanızda, əlinizin
altında, harasa getdikdə mütləq yanınızda su olsun. Turşulu, qazlı və
şəkərli içkilərdən uzaq durun. Artan maye ehtiyacınızı qarşılamaq üçün
gündə təxminən 2,5-3 litr su için. Suyun içərisinə təzə nanə yarpaqları
və limon dilimləri atmaq gözəl ideyadır.
Əvəzedilməz 5 tərəvəz
Lobya
və yaşıl tərəvəzlər: əzələ istehsalına kömək olur, yağ yanmasını təmin
edir, həzmi nizama salır, piylənmə, xərçəng, ürək xəstəlikləri, yüksək
təzyiqlə mübarizə aparır.
Ənginar: Ehtiva
etdiyi "ciarin" sayəsində qaraciyər, öd kisəsi, böyrək və bağırsaqların
nizamlı işini təmin edir. Damar sərtliyi və ürək xəstəliklərinə qarşı
qoruyucudur. Posa və dəmir tərkibi yüksəkdir.
Bamiyə: Yüksək
lif faizi sayəsində toxluq hissi yaradır. Tərkibində olan C vitamini,
güclü bir immunitet sistemi meydana gətirməyə kömək olur. Stress və
depressiyanın qarşısını alır, sinir sisteminə müsbət istiqamətdə təsir
edir. Kataraktanın qarşısını alır.
Tərə: Həzm
sistemi və xüsusilə bağırsaqlara çox təsirli bir tərəvəzdir. Bağırsaq
fəaliyyətinin zəif olması arıqlamağı çətinləşdirir, bağırsaqların sağlam
formada işini təmin edir. Tərə beləcə arıqlamağa kömək olur. Bundan
başqa, tərə yağ yandıran hüceyrələrin sağlam formada işini dəstəkləyir.
Paxla: Vitamin
və zülal baxımından son dərəcə zəngin bu qida B1, B2, B6 və K
vitaminləri, kalium və maqnezium mineralları baxımından da olduqca
zəngindir. Paxla həzmi asanlaşdırır, qəbizlik və hemoroidə yaxşı təsir
edir. Sidik yollarını təmizləyir, böyrəklərə olduqca faydalıdır.