İştahanı artıran məhsullar

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 1 779
Səs ver:
(səs: 2)
Bəzi uşaqlar və böyüklər iştahasızlıqdan əziyyət çəkir, normal çəki yığa bilmir, arıqlayır.

Azmüddətli iştahasızlığın səbəbi stress, soyuqdəymə və virus xəstəlikləri, bəzi dərmanların qəbulu (antibiotiklər, iltihabəleyhinə preparatlar və s.) ola bilər. Əksər hallarda müəyyən müddətdən sonra iştaha qayıdır.

Uzunmüddətli iştahasızlığın səbəbi isə hər hansı ciddi xəstəlik (mədə-bağırsaq sistemi, onkoloji xəstəliklər) və ya pozulma (məsələn, depressiya) ola bilər. Bu səbəbdən iştahasızlıq uzun çəkirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Bəzi məhsullar iştahanın artmasına kömək edir. Bu məhsullar arasında:
- şəkər və karbohidratlarla zəngin olan qidalar (ağ undan hazırlanmış çörək, bulka, piroq, tort və s., şirniyyatlar)

- meyvələr - turş alma, sitrus meyvələri (limon, portağal, naringi və s.), kivi, banan. Limon şirəsi əlavə olunmuş su ən yaxşı iştaha artıran vasitə sayılır.

- giləmeyvələr - itburnu, qara qarağat, çiyələk, quşüzümü və s.

- göyərtilər (şüyüd, tərxun, reyhan, ispanaq və s.)

- duza qoyulmuş tərəvəzlər (xiyar, pomidor, kələm və s.)

- cirə, zirə, qara və qırmızı istiot, bibəriyə, zəfəran, hil, darçın, sarıkök, xardal, dəfnə yarpağı, qıtığotu kökü və s. ədviyyatlar

- bal, bərəmum (propolis)

- müalicəvi bitkilər - yovşan, zəncirotu kökü, çobanyastığı
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri