Qadınlar bunları mütləq yeməlidir

Müəllif: Narın Yağış
Şərhlər: 10
Baxılıb: 872
Paylaş:
Səs ver:
(səs: 1)
Hər bir qadın gün ərzində bəlli miqdarda vitamin qəbul etməlidir. Bəs daha çox hansı vitaminlərə üstünlük verilməlidir?

A vitamini

Sümükləri, dişləri, zəif toxumaları, dərini və selikli qişanı gücləndirir. Eyni zamanda antioksidan qaynağıdır. Xroniki xəstəlik riskini azaldır, gözlərə yaxşı təsir edir, yaşlanma təsirlərini azaldır və immunitet sistemini gücləndirir.

Kök, balqabaq, qaysı, pomidor, qarpız, brokoli, gül kələmi, şaftalı, qırmızı bibər, ispanaq, yumurta, süd, yemiş və ciyər A vitamini tərkibli qidalardan bəziləridir.

B2 vitamini

Enerji verir, immunitet sistemini gücləndirir, stresi azaldır, metabolizmanı işlədir. Bunlarla birlikdə boğaz ağrılarına, ağız yaralarına, saç quruluğuna, qırışıq və qaşınmalara yaxşı təsir edir. İçalat, süd məhsulları, yarpaqlı tərəvəzlər, yumurta, soya lobyası, badam, fındıq, göbələk, taxıllar B2 baxımından zəngindir.

B6 vitamini

İmmunitet sistemi üçün vacibdir. Hormon istehsalına, beyindəki kimyəvi maddələrə və bu silsilədən depressiya, ürək xəstəlikləri və yaddaş itkisinə kömək edir. Eyni zamanda qan şəkərini nizama salır, hamilə qadınlarda ürək bulanmalarına yaxşı təsir edir. B6 vitamini çatışmazlığı anemiyaya səbəb olur.

Taxıllar, avokado, banan, ət, lobya, balıq, yulaf, fındıq, çəyirdəkli və quru meyvələr B6 vitamini tərkiblidir.

B7 vitamini

Botik kimi də tanınan B7 vitamini hüceyrələrin təzələnməsi və yağ-turşu sintezi üçün vacib əhəmiyyət kəsb edir. Tər vəzləri, saçlar və dəriyə yaxşı təsir edir. Saçların uzanmasına kömək edir, dırnaqları qidalandırır. Sümük inkişafı və sümük iliyi üçün vacibdir, xolesterol səviyyəsini nizamlayır.

B7 vitamini balıq, kartof, badam, kök, banan, yemiş, sarı meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, mərcimək, bulqur, bibər, yumurta sarısı, soya lobyası, yulaf, süd məhsulları və fındıqda var.

B9 vitamini

Fol turşusu da deyilən B9 vitamini infakt, yüksək qan təzyiqi, depressiya, xərçəng və yaddaş itkisinə yaxşı təsir edir. Beyin sağlamlığı, hüceyrə fəaliyyəti, hamiləlik zamanı dölün inkişafını artırır. Tünd yaşıl yarpaqlı tərəvəzlər, portağal suyu, qarpız, yemiş, çiyələk, paxlalılar, lobya və yumurta B9 vitamini tərkiblidir.

B12 vitamini

Metabolizma, hüceyrə parçalanması və protein sintezi üçün vacib olan B12 vitamini ürək xəstəlikləri, yaddaş itkisi və anemiyanın qarşısını almağa kömək edir. Bundan başqa, depressiya müalicəsi, sağlam sinir sistemi və beyin funksiyalarını inkişafı üçün vacibdir.

Süd məhsulları, yumurta, balıq, ət və səhər yeməyində olan taxıllı qidalar B12 tərkibli əsas qidalardır.

C vitamini

Yaxşılaşmağı sürətləndirən, hüceyrə yenilənməsini təmin edən və bəzi xərçəng, ürək və toxuma zədələnməsi xəstəlikləri riskini azaldan C vitamini, eyni zamanda qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.

Brokoli, qreypfrut, kivi, portağal, bibər, pomidor, çiyələk, brüssel kələmi və kartofda C vitamini var.

D vitamini
Kalsium qəbuluna kömək edərək sümüklərin güclənməsini təmin edir. Toxuma sərtliyi, oynaq iltihabı və bir çox xərçəng növü riskini azaldır. Menstruasiyadan əvvəl simptomları yumşaldır və bu prosesi rahat keçirməyə kömək olur. Buna görə də gün ərzində günəş şüası almaq vacibdir. Bu da sizi D vitamini ilə təmin edəcək. Açıq dərili insanlar üçün 10-15 dəqiqə günəşdə durmaq kifayətdir. Yağlı balıq, süd, ciyər və yumurtadan D vitamini ala bilərsiniz.

E vitamini
Yaşlanmağa qarşı tərkibi ilə hüceyrələrlə mübarizə edir, bədəndə yaşla bağlı dəyişiklikləri yavaşladır. Ürək xəstəlikləri, katarakta, yaddaş itkisi və bəzi xərçəng növlərinin qarşısını alır. Dəri və saç üçün də vacibdir.

Buğda toxumu, fındıq, badam, ispanaq, marqarin, qarğıdalı yağı, paxlalılar və çəyirdəkdə E vitamini var.

K vitamini
Sümükləri gücləndirir, qanın laxtalanmasının qarşısını alır və ürək xəstəlikləri riskini azaldır. İmmunitet sistemi və enerji üçün lazımlıdır.

Bütün taxıllı qidalar, yaşıl yarpaqlı tərəvəzlər, lobya və paxlalılar K vitamini olan əsas qidalardır.

loading...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 872
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
S.Heydarova
Maraqlı məlumat
19 avqust 2016 11:13
10
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
♥ KaMa ♥
tskrler xebercun
19 avqust 2016 01:31
9
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Offline
vipbetul
faydali melumatdir
19 avqust 2016 00:50
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Sitat: Canavar sevgisi
Xeyirli seyleri yeyirem. Vitamin vacibdir

Mende calıwıram yeyım
18 avqust 2016 22:40
7
Heyata daim gulmek lazimdii
Offline
Canavar sevgisi
Xeyirli seyleri yeyirem. Vitamin vacibdir
18 avqust 2016 22:21
6
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Online
Onun_Mələyi
Orqanizm ucun vitanim cox vacibdir.amma men yalniz quru lobyani sulu biwse yeyerem.Yawil lobyani axrinci defe.nevaxt yemiwem xatirlamiram))
18 avqust 2016 20:48
5
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
Totu
Təşəkkürlər.
18 avqust 2016 20:16
4
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Online
BARBI
Vitaminler orqanizmi mohkemlendirir. Her gun mueyyen miqarda qebul edilmelidir
18 avqust 2016 20:05
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
son bahar
caliwiram vitamin telabatimi tebbi odeyim...meyve terevezden cox isdifade edirem esasen tebbi seylere usdunluy verirem
18 avqust 2016 20:05
2
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
Cindrella
Her bir vitamin insan saglamligi ucun gereklidir.Bunlardan en coxD vitaminini qebul edirem.
18 avqust 2016 20:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv