Çərəzlərin faydası

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 311
Səs ver:
(səs: 0)
Bu dadlı çərəzlərin faydası haqqında insanlar hətta bizim eramızdan əvvəl bilirdilər. Qədim Vavilonun kahinləri aşağı təbəqə insanlara bunları yeməyə qadağan edirdilər.

Kahinlər qorxurdular ki, onlar ağıllanacaq. Maraqlıdır ki, bunda müəyyən həqiqət var. Tərkibində çox faydalı E vitaminin olmasına görə qoz-fındıq yaddaşı yaxşılaşdırır, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda ağıl zəifliyinin inkişaf etməsinin ehtimalını azaldır.

Çərəzlərin faydası


E vitaminindən əlavə qoz-fındıqda müxtəlif faydalı vitamin və mikroelementlər vardır: kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. Bundan əlavə onların tərkibində çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.

Qoz, fındıq, badam, araxis, keşyu və s. qan-damar sistemi üçün çox faydalıdır. Ateroskleroz, anemiya (qanazlığı), ürəyin işemik xəstəliyi, damar xəstəlikləri və s. yayılmış xəstəliklər zamanı onlar yaxşı müalicəvi və profilaktik effekt verir.

Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu məhsullardan daim istifadə etməlidir.

Qoz-fındıq insanın cinsiyyət sisteminə də çox müsbət təsir edir, kişilərdə potensiyanı (gücünü) yüksəldir, spermatogenezi (spermanın hazırlanması) yaxşılaşdırır (xüsusən balla birlikdə qəbul etdikdə).
Tərkibində çoxlu miqdarda yodun olmasına görə qoz-fındıq qalxanvari vəzi xəstəlikləri olan insanlar üçün olduqca faydalıdır.

Qoz, fındıq, araxıs, badam immuniteti möhkəmləndirir, orqanizmi toksinlər, şlaklar və s. ziyanlı maddələrədən, qurdlardan təmizləyir, mübadilə prosesləri və qara ciyərin fəaliyyətini yaxşılaşdırır.

Qoz-fındıq insanın fiziki gücünü artırır, əzələlərin vəziyyətinə müsbət təsir edir. Bu səbəbdən ağır fiziki gərginliklərə məruz qalan insanlar (idmançılar və s.) bu məhsulları daim qəbul etməlidir.

Alimlərin fikirinə görə, qoz-fındığın qəbul edilməsi xərçəng xəstəliklərinin profilaktikasında əsas yerlərdən birini tutur.

Yaz avitaminozları zamanı qoz, fındıq, püstə, badam, keşyu, araxis və s. insanı onun sağlamlığı üçün çox vacib olan vitaminlərlə təmin edə bilər. Məsələ burasındadır ki, yazda meyvə və tərəvəzlərdə vitaminlər az miqdarda qalır, qoz-findıqda isə bu faydalı maddələr hətta bir neçə il ərzində saxlanılır.

Bu dəyərli xüsusiyyətləri ilə yanaşı qoz-fındığın bəzi mənfi xüsusiyyətləri də vardır. Bu məhsullar yüksək allergik xüsusiyyətlərinə malikdir. Bundan əlavə hətta sağlam insanlar bu məhsulları məhdudlaşdırılmış miqdarda qəbul etməlidir - qoz-fındıq kifayyət qədər çətin həzm olunur, badamcıqları qıcıqlandırır. Bu səbəbdən qoz-fındıq gün ərzində 30-50 qr miqdarında qəbul oluna bilər.

İmmunitetin gücləndirilməsi üçün reseptlər:
- 1 stəkan qoz, 1 stəkan ərik qurusu (xırda doğranılır), 1 stəkan qara kişmiş, 2 dənə limon (blenderdə əzilir), 1/2 stəkan bal qarışdırılır və quru sərin qaranlıq yerdə saxlanılır (soyuducuda saxlamaq olmaz). Hər gün 3-4 çay qaşığı qəbul olunmalıdır.

- 1 stəkan qara qavalı qurusu, 1 stəkan əncir qurusu, 1/2 stəkan qoz, 1/2 stəkan fındıq, 1/2 stəkan badam blenderdə əzilir, üzərinə 1/2 stəkan bal əlavə olunur, yaxşı qarışdırılır və quru sərin qaranlıq yerdə saxlanılır. Hər gün 3-4 çay qaşığı qəbul etmək lazımdır.

sağlamolun.az
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 311
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri