Balıq yağının misilsiz faydaları və düzgün qəbulu

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 707
Səs ver:
(səs: 0)
Balıq yağı A və D vitaminləri, omeqa-3 və omeqa-6 yağlı turşularla zəngindir. Bu maddələr sağlamlığımızda olduqca böyük rol oynayır.

Balıq yağının faydalı xüsusiyyətləri bunlardır:
- görməni yaxşılaşdırır

- dəri, saç və dırnaqların vəziyyətinə müsbət təsi edir

- diş və sümükləri möhkəmləndirir

- immun sisteminin fəaliyyətini gücləndirir

- ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun riskini azaldır

- təzyiqi aşağı salır

- xərçəng şişlərinin inkişafını ləngidir

- ağ ciyəri qoruyur (Bu xüsusilə siqaret çəkən insanlar üçün vacibdir.)

- artrit zamanı oynaqlarda iltihabı və ağrıları azaldır

- dəri xəstəlikləri (psoriaz və s.) zamanı faydalıdır

- depressiyanın və stressin simptomlarını azaldır.

Lakin nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı balıq yağının qəbulu əks-göstəriş sayılır:
- böyrək və öd daşı xəstəliyi

- qalxanvari vəzinin fəaliyyətində pozulmalar

- xroniki böyrək çatışmazlığı

- qaraciyər xəstəlikləri

- mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi

- bədəndə sağalmayan yaralar, xoralar olduqda və həmçinin əməliyyatdan əvvəl (Balıq yağı qanı duruldur ki, bu da əməliyyatdan sonra qanaxmaların riskini artırır).

Balıq yağını yeməkdən dərhal sonra qəbul etmək lazımdır. Əks halda həzm prosesləri pozula bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 707
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri