Soyuq qış havalarında necə qidalanmalı?

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 054
Səs ver:
(səs: 0)
Qış fəslində orqanizm qızınmaq üçün çox enerji sərf edir. Ən çox da bayırda orqanizmin istiyə ehtiyac duyduğu anlarda enerji sərfiyyatı çoxalır. Lazım olan enerjini əldə eləmək üçün isə orqanizm lazım olduğu qədər qida qəbul eləmlidir. Bu enerjini isə insan müxtəlif qidalardan almalıdır. Dənli və paxlalı bitkilər, meyvə və tərəvəzlər, süd və ət məhsulları orqanizmin enerjiyə olan təlabatını ödəyir. Soyuq qış aylarında mütəxəssislər karbohidrat qəbulunu azaltmağı və yatmazdan 4 saat əvvəl axşam yeməyini yeməyi məsləhət bilirlər. Çünki qidanın çox qəbulu və soyuq havalarda az hərəkətlilik maddələr mübadiləsinin sürətini azaldır. Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu zaman qəbul edilən qidalar orqanizmdə piy toxumasına çevrilir.

Dietoloqlar qış aylarında aşağıdakı qida rasionuna əməl eləməyi məsləhət bilir.
* Səhər yeməyi.

Taxıl bitkilərindən hazırlanmış sıyıq. Bu sıyıq orqanizmə enerji verir və bədəni isti saxlayır. Sıyığa 1 çay qaşığı bal atıb yemək isə sizin immunitetinizi qaldıracaq və özünüzü xoşbəxt hiss edəcəksiniz.

* Günorta yeməyi.
Günorta istədiyiniz yeməyi yedikdən sonra banan və ya xurma qəbul edin. Banan və xurma serotonin hormonunu artırır. Bu da sizin əhval-ruhiyyənizin qalxmasına səbəb olacaq.

* Axşam yeməyi.
Axşam yeməyi zamanı istədiyinizi yeyə bilərsiniz, amma dietoloqlar şam süfrəsində 3 müxtəlif rəngli tərəvəzin olmasını məsləhət bilirlər. Yəni axşam süfrəsində pomidor, xiyar və sarı bolqar bibərinin olması məsləhətli sayılır.
Dietoloqlar soyuq qış aylarında tünd şokolad yeməyi məsləhət bilirlər. Çünkişokoladın tərkibi antioksidantlarla zəngindir. Bu da beyin daxil olmaqla, bütün bədəni qış aylarında isti və gümrah saxlayır.
Dietoloqlar qış aylarında kalorili qida qəbul eləməkdən çəkinməməyinizi məsləhət bilir. Çünki ilin bu fəslində orqanizmin vitaminə daha çox ehtiyacı olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri