Antidepressant təsirə malik 6 qida

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 232
Səs ver:
(səs: 0)
1. Pomidor:
Pomidor tərkibində bol miqdarda A və C vitamini ehtiva edir. Eyni zamanda yüklü miqdarda likopen daşıyan pomidor, orqanizmdə antioksidant təsiri yaradır və depressiyanın inkişafına pis təsir edir.

2. Balıq:
Həm ləzzətli, həm də sağlamlığınız üçün faydalı olan balığın kilid nöqtəsinin içərisində omega 3 vardır. Omega 3 depressiyanın inkişafını əngəlləyir, eyni zamanda insanın immun sistemini gücləndirir.

3. Doşab:
Doşabda bol miqdarda dəmir və kalium mineralı olur. Bu mineralların var olması depressiyayla mübarizə üçün lazımi enerji istehsalına kömək edir.

4. Süd və qatıq:
Probiotiklər bağırsaqlara əhəmiyyətli dərəcədə təsir edir. Bağırsaqların nizamlı olaraq işləməsi emosional baxımdan bədəninizə müsbət təsir göstərir. Süd və qatığın nizamlı istehlak edilməsi halında depressiya riski tamamilə itir.

5. İspanaq:
Bədənimiz enerji istehsal etmək üçün gün ərzində bol miqdarda zülala ehtiyac duyur. İspanaq da eyni zamanda bol lif və zülal ehtiva edir. Bundan başqa, ispanağın tərkibində olan fol turşusu serotonin hormonunun ifraz olunmasına yardımçı olur. Beləliklə ispanaq qəbul edərək depressiya riskini minimuma endirmiş olarsınız.

6. Sarıkök:
Sarıkök də serotonin mənbəyi qidalar qrupuna aiddir. Balla qarışdırılıb istehlak edilsə, həm mikrob xəstəliklərinə mane olur, həm də depressiya riskini azaldır.

sağlamolun.az
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri