Vücudu toksinlərdən təmizləyən qidalar

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 033
Səs ver:
(səs: 0)
Xroniki yorğunluğun, anidən gələn baş ağrısının və həzm problemlərinin məsulu; bədənimizdə yığılan toksinlər... Yaxşı bədəninizi bu toksinlərdən təmizləyə bilmək üçün necə bəslənməlisiniz?

Bu da qəbul etməniz lazım olan qidalar...

Pomidor:
Orqanik pomidor zamanında istehlak edildiyi zaman iltihab meydana gəlməsini önləyir. Kalium, likopen və bol A vitamininə sahib olan pomidor, toksinlərdən təmizlənmədə çox güclü bir silahdır.

Alma: Toksin atıcı, güclü bir lif qaynağına sahib olan alma həzm sisteminin toksinlərdən təmizlənməsinə köməkçi olar.

Banan: Bədəndə toksin istehsalını azaldan banan, xolesterolu salması mövzusunda da olduqca müvəffəqiyyətli bir meyvə.

Somon: Ehtiva etdiyi Omeqa 3, beyin və ürəyi qoruyar. Eyni zamanda qaraciyər dostudur.

Yulaf: Yulaf xolesterolu salmasının yanında bağırsaq sağlamlığı üçün də olduqca əhəmiyyətli.


Avokado:
Tərkibi sayəsində qaraciyərə zərər verən toksinlərə qarşı olduqca təsirlidir.

Yaşıl çay: Yüksək nisbətdə antioksidant ehtiva edər, ürək sağlamlığını dəstəkləyər, həzmə köməkçi olar və maddələr mübadiləsini sürətləndirər.

Limon və qreyfurt: C vitamini ilə zəngin olan bu meyvələr, bədənin immunitet sistemini qüvvətləndirər, mədə və bağırsaqlar üzərində də təsiri vardır.

Enginar: Xolesterolun salınmasına köməkçi olan enginar eyni zamanda qaraciyər detoksunda da olduqca təsirlidir.

Su: Həyatdakı ən əhəmiyyətli qaynaqlarımızdan biri də sudur. Sağlamlığa faydasını saymaqla bitirə bilməyəcəyimiz su, dərinin nəm nisbətini artırar və bədəndəki toksinlərin atılmasına köməkçi olar.

Qoz: Omeqa 3 ehtiva edən qoz, arjinin ilə qaraciyəri qoruma xüsusiyyətinə də sahib.

Yaşıl yarpaqlı tərəvəzlər: Əhəmiyyətli beta karoten qaynaqları olan yaşıl yarpaqlı tərəvəzlər toksinlərin bədəndən atılmasında böyük bir əhəmiyyətə sahibdir.

İspanaq: Zəngin maqneziuma sahib ispanaq, çox güclü bir toksik maddə təmizləyicidir.

Soğan - Sarımsaq: İmmunitet sistemini gücləndirən sarımsaq və soğan, həzmi hərəkətə keçirər, bədəndəki çox suyu təyin edər və toksinlərin qaraciyərdən atılmasına köməkçi olar.

Portağal: Antioksidant və C vitamini cəhətdən zəngin olan portağal, həm gribal infeksiyalardan qorunmaq həm də qaraciyəri gücləndirmək üçün ideal bir meyvədir.

Brüksel kələmi: Bədəni toksinlərdən təmizləyər.

Çuğundur və kök: Yaxşı bir antioksidant olan beta karoten və C vitamini baxımından çox zəngin olan çuğundur və kök, çox güclü bir toksin təmizləyicidirləe.

Nar: Antioksidant baxımından zəngin olan nar, qan təzyiqini tənzimləyər, damarları qoruyar.

Quru ərik: Bədəndən toksin atma xüsusiyyətinə sahib.

Brokoli: Xərçəng riskini azaldan brokoli, mineral və vitamin nisbətləri baxımından olduqca yüksək olması ilə bərabər bədəni toksinlərdən təmizləmə xüsusiyyətinə sahibdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri