Sağlam qidalanma bir həyat qanunu olmalıdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 483
Səs ver:
(səs: 0)
Düzgün qidalanmanın əsasını sağlam və faydalı qida təşkil edir. Qidaların təzə olması vacibdir.

1. Bu qidadan tamamilə imtina etməyin. Sadəcə duzdan istifadəni bacardıqca azaldın. Hipertoniya xəstəliyinin daşıyıcılarına duzlu yemək qəti olmaz. Duzdan tam imtina mədə şirəsinin həlletmə qabiliyyətini azalda bilər. Həm də xörək duzu qanda həmişə müəyyən miqdarda olmalıdır. Amma bu o demək deyil ki, istənilən yemək duzla yeyilməlidir.

2. Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyi sayılır. Amma onun həddən artıq qəbul edilməsi piylənməyə səbəb ola bilər. Ona görə şəkər, un məhsulları və şirin yeməklərdən mümkün qədər az istifadə etmək məsləhətdir.

3. Yemək vaxtı və yeməkdən dərhal sonra su içməyin. Çünki su 10-15 dəqiqədən sonra mədəni tərk edir,özü ilə bərabər mədə şirəsini də yuyub aparır.Bu da həzmolmanı pozur. Suyu və şirəni tüpürcəklə islatmaq üçün onları qurtum-qurtum, ağızda saxlaya-saxlaya içmək məsləhətdir. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək faydalıdır.

4. Qidada xörək duzunun miqdarını azaldın. Ürək-damar xəstəliyi zamanı ondan tamam imtina edin. Xörək duzunda yalnız 2 mikroelement var xlor və natrium. Dəniz duzunda isə bunlar 64-dür, hamısı da orqanizm üçün çox faydalıdır.

5. Yumurta qidalı yemək növü sayılır. Yumurta sarısında təzə ətdə olanın yarısı qədər xolesterin var. Həm də yumurtada xolesterini parçalayan lesitin maddəsi də vardır ki, həmin maddə xolesterini dağıda bilir. Yumurtanı gecələr yemək məsləhət görülmür. Yumurtadakı xolesterinin orqanizmə mənfi təsirini azaltmaq mümkündür. Ona görə də yumurtanın qızardılaraq yağ və qatıqla yeyilməsi həzm prosesini asanlaşdırır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri