Beyin hüceyrələrini cavanlaşdıran təbii şirə

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 1457
Səs ver:
(səs: 2)
Orta yaşdan yuxarı olanlar və arterial təzyiqdən əziyyt çəkənlər mütləq oxusunlar! Bu şirəni içməklə siz özünüzü bir çox baş və beyin xəstəliklərindən xilas edə bilərsiniz.

İllər orqanizmimizdə müxtəlif patoloji izlər qoyur. Biz yaşlandıqca bütün orqanlarımız da yaşlanır və öz əvvəlki funksiyasını yerinə yetirə bilmir. Bu ən çox da beyin hüceyrələrində özünü göstərir.

Biz hamımız fiziki fəaliyyətin insan beyninə təsir etdiyini bilirik. Amerikanın Ueyk-Forest Universitetinin alimi Cek Redjeski qırmızı çuğundur şirəsininn insan beyninə təsir etdiyini sübut etmişdir. Onun araşdırmaları çuğundur şirəsinin yaşla, təzyiqlə və müxtəlif xəstəliklərlə əlaqədar beyində əmələ gələn problemlərin həll etdiyini təsdiqləmişdir.

Çuğundur şirəsinin tərkibində vitaminlər, nutrienlər, nitratlar, azotlu bitləşmələr və mikroelementlər var. Çuğundurun tərkibindəkilər orqanizmdə müxtəlif monoksid azotlu birləşmələr əmələ gətirir. Bu da damarların genəlmsinə və qanın yaxşı işləməsinə səbəb olur. Universitetin alimləri davamlı olaraq çuğundur şirəsi içən adamların beynində oksigen aclığı olmadığını sübut etmişlər. Bu da onların beyinlərinin yaxşı işləməsinə və beyin hüceyrələrinin gec ölməsinə səbəb olur. Davamlı olaraq çuğundur şirəsi içmək yaşlı adamlarda kapillyarların tutulmamasına səbəb olur. Çuğundur şirəsi üstündə araşdırmalar aparan alimlər şirənin tərkibində olan nitratların beyində azot oksidinə çevrilməsini sübut etmişlər.

Alimlər bu araşdırmanı 55 yaşında olan və arterial təzyiqdən əziyyət çəkən 26 kişi və qadın üzərində aparmışlar. Bu adamların yarısı həftədə 3 dəfə qaçış zamanı çuğundur şirəsi içmişlər, digərləri isə çuğundur dadı və iyi olan rəngli su içmişlər. Araşdırmaların nəticəsi isə çuğundur şirəsi içən adamların qan damarlarının fəaliyyəti yaxşılaşdığına görə onların arterial təzyiqi aşağı düşdüyünü göstərmişdir.

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1457
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
AGHAYEVA
Uwaq vaxti o qeder qan emele getirir deyerdiler ki,icende ele bilerdim kiminse qanini icirem.Amma dogrudan da tenbel olmayib icmek gerek.
4 iyun 2017 15:04
6
Offline
Son Bahar
Hamilelikde qan azligina gore icirdim saki 10 gunluk icmeliydim...alma+kokle bir yerde....ama cemi 2 gun ice bildim.....cox xeyrlide olsa men xoslamiram
2 iyun 2017 10:50
5
Xanim_net
Offline
tatyana
Sitat: BARBI
Cugundur siresini 1 xorek qasiginan artiq icmek olmaz.Cox zererlidir

Mene bir defe hamilelikde hekim yazmışdı,cox bilmişlik etdim dedim az az gün erzinde icdiyime birdefeye canımı dişime tutum icim,bir stekanı başıma cekdim ve sırazı baş herlenme qaytarma balinsalıq oldum,odurku hec dilime vurmaram bir daha
1 iyun 2017 12:10
4
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
adsiz-a
Biliremki cox faydali cugundur wiresi amma ice bilmirem,bir ara hekim meslehet gormuwdu amma hec ice bilmedim
1 iyun 2017 12:00
3
Offline
YalniZ-ArZu
Bele meqalelere yalannan werh yaziriq,hec emel etmirik..:( her weyden xeberdariq saytimizin sayesinde amma niye ozumuze qulluq etmirik bilmirem:(
1 iyun 2017 10:02
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Cugundur siresini 1 xorek qasiginan artiq icmek olmaz.Cox zererlidir
1 iyun 2017 09:12
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri